Əlixan Musayev:
Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.
Bünyadov-Məmmədəliyev:
(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
Elmir Quliyev
:
Для тех из ваших женщин, у которых прекратились менструации, если вы сомневаетесь, установленный для развода срок равен трем месяцам, как и для тех, у которых не было менструаций. Для беременных срок установлен до тех пор, пока они не разрешатся от бремени. Тому, кто боится Аллаха, Он облегчает дела.
Ələddin Sultanov:
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
Kerbelayi Malik ağa:
Əgər heyzdən kəsilmiş olan qadınlarınızdan şübhə etsəniz, o zaman onların iddəti (müddəti) 3 aydır və hələ heyz olmamış qadınların da (iddəti 3 aydır). Hamilə qadınların müddətləri isə hamiləlikdən azad olana qədərdir. Kim Allaha qarşı təqva sahibi olarsa, (Allah) onun işini asanlaşdırar.
Ələsgər Musayev:
Hansı ki, qadınlarınızdan öz
heyzlərindən qurtarıblar, əgər şübhədəsiniz, onda onların
iddəti üç şəhrdir, necə ki, o kəslər üçün ki, hələ heyzləri
olmayıb. O kəslər ki, hamilədirlər, onların vaxtı hamilə yükünü
azad edənə qədərdir. Kim qorxarsa Allahdan, O yüngüllük edər
onun üçün əmrindən.
A.Mehdiyev və D.Cəfərli:
Heyzdən kəsilən qadınlarınızın (heyzdən kəsilmələrinin səbəbi heyzdən kəsilmə yaşına çatdıqları üçün, yaxud başqa bir səbəbdən olması barədə şəkk etsəniz, onların iddələri üç aydır və həmçinin (yaşlarının tələbinə baxmayaraq) heyz görməyən qadınların (da iddə müddətləri üç aydır), hamilə qadınların iddə müddətləri bari-həmlini yerə qoyana kimidir. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.
Kövsər Tağıyev:
Qadınlarınızdan adətdən kəsilənlərlə hələ adət görməyənlər barəsində tərəddüd etsəniz, onların gözləmə müddəti üç aydır. Hamilə olanların gözləmə müddəti isə doğumla başa çatar. Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah ona işində bir asanlıq verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Aybaşından kəsilmiş qadınlarınızın - əgər şübhə edirsinizsə - eləcə də hələ aybaşısı olmamış qadınların iddəsi [gözləmə müddəti] üç aydır. Hamilələrin müddəti isə boynundakını yerə qoyana qədərdir. Kim Allahdan qorxarsa, O, onun işini asan edər.
Sabirə Dünyamalıyeva:
Və qadınlarınızın heyzdən kəsilənlər və heyz olmayanlar; əgər şübhə edirsinizsə, onların gözləmə müddəti üç aydır. Hamilə olanların da gözləmə müddəti, yüklərini yerə qoymaları; doğmaları yaxud da uşaq salmalarıdır. Kim Allahın mühafizəsi altına daxil olsa, Allah onun işini də asanlaşdırar.