Təhrim Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər ikiniz Allaha tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail əməlisaleh möminlər onun dostu yardımçısıdır. Bunlardan başqa mələklər onun yardımçılarıdır.
Bünyadov-Məmmədəliyev:
(Ey Həfsə, ey Aişə!) Əgər ikiniz (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır).
Elmir Quliyev :
Если вы обе покаетесь перед Аллахом, то ведь ваши сердца уже уклонились в сторону. Если же вы станете поддерживать друг друга против него, то ведь ему покровительствует Аллах, а Джибрил (Гавриил) и праведные верующие являются его друзьями. А, кроме того, ангелы помогают ему.
Ələddin Sultanov:
(Ey peyğəmbər zövcələri!) İkiniz Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbləriniz azmışdı. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail saleh möminlərdir. Bunlardan savayı mələklər onun yardımçılarıdır.
Kerbelayi Malik ağa:
Siz ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin qəlbi günaha meyl etmişdi. Əgər Ona (Hz. Peyğəmbərə) qarşı bir-birinizə yardım etsəniz, o təqdirdə şübhəsiz ki, Allah Onun (Hz. Peyğəmbərin) Mövlasıdır, Cəbrayıl (ə.s) möminlərdən saleh olanlar bunlardan başqa mələklər Onun yardımçılarıdır.
Ələsgər Musayev:
Siz indi ikiniz Allaha tərəf qayıdın. Əlbəttə, sizin qəlbiniz xilaf rizasına meyl edib. Əgər siz aşkar olaraq əleyhinə onun olsanız həqiqətən, Allah Mövlasıdır onun Cəbrail saleh inananlar mələklər bundan sonra arxadır.
A.Mehdiyev və D.Cəfərli:
Əgər siz ikiniz (sirri faş edən onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail möminlərin əməli salehi onun köməkçiləridir bunlardan sonra (ona) mələklər arxadırlar.
Kövsər Tağıyev:
(Ey Peyğəmbərin zövcələri!) Əgər siz ikiniz Allaha tövbə etsəniz, yaxşı. Çünki qəlbləriniz əyildi. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa çıxsanız, bilin ki, Allah onun yardımçısıdır, Cəbrail də, saleh möminlər də. Bunlardan sonra mələklər ona arxa çıxarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
(Yaxşı olardı ki,) ikiniz (ey peyğəmbər zövcələri) Allaha tövbə edəydiniz, axı ürəkləriniz (buna) meyl edirdi. Əgər peyğəmbərə qarşı ikiniz bir-birinizə arxa olsanız (bilin ki), Allah onun himayəçisidir. Cəbrayıl da, əməlisaleh möminlər də. Bunlardan sonra mələklərdə onun yardımçılarıdır.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbərin iki zövcəsi, səhvlərinizdən [dönüb] Allaha yönəlsəniz sizin üçün yaxşı olar. -Çünki həqiqətən ikinizin qəlbi meyl etdi; imanınız pozuldu, azğınlığa düşdünüz.- Yox, əgər Peyğəmbərə qarşı həmrəy olsanız, heç şübhəsiz onun mövlası; yardımçısı, köməkçisi, himayəçisi, yol göstərəni Allah Özüdür. Cəbrail/Quran iman edənlərin salehləri də. bunlardan sonra nazil olacaq ayələr ona arxadır.