Əlixan Musayev:
Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca yaramaz söz danışırsınız.
Bünyadov-Məmmədəliyev:
(Ey: “Mələklər Allahın qızlarıdır!” – deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa) götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız!
Elmir Quliyev
:
Неужели ваш Господь почтил вас сыновьями, а Себе взял дочерей из числа ангелов? Воистину, вы говорите ужасные слова.
Ələddin Sultanov:
(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz! (Müşriklər mələklərin Allahın qızları olduğuna inanır, oğlan uşaqlarının da özlərinə verildiyini iddia edirdilər və buna görə də təkəbbürlənirdilər. Yuxarıdakı ayə bu anlayışın səhv olduğunu bildirərək uşaqlar arasında cinsi ayrıseçkiliyi rədd edir.)
Kerbelayi Malik ağa:
Rəbbiniz oğlanları sizin üçün seçdi və Özünə mələklərdən qızlarmı etmişdir? Həqiqətən də siz olduqca yaramaz söz söyləyirsiniz.
Ələsgər Musayev:
Ə, Rəbbiniz seçdi sizə oğlanları və Özünə
mələklərdən qadınmı götürdü? Həqiqətən, əzəmətli sözlər
deyirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
Kövsər Tağıyev:
Rəbbiniz oğlan uşaqlarını sizin üçün seçib özünə mələklərdən qız övladlarmı götürdü? Həqiqətən, çox böyük bir söz söyləyirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı Rəbbiniz sizə oğlanları bəxş edib, Özünə isə mələkləri qızlar götürüb? Həqiqətən, siz yekə-yekə danışırsınız.
Sabirə Dünyamalıyeva:
Rəbbiniz, oğulları xüsusi olaraq sizə verib, Özü mələklərdən dişilərimi götürdü? Şübhəsiz ki, siz çox böyük bir söz danışırsınız.