Əlixan Musayev:
Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!
Elmir Quliyev
:
Они были несправедливо изгнаны из своих жилищ только за то, что говорили: "Наш Господь — Аллах". Если бы Аллах не позволил одним людям защищаться от других, то были бы разрушены кельи, церкви, синагоги и мечети, в которых премного поминают имя Аллаха. Аллах непременно помогает тому, кто помогает Ему. Воистину, Аллах — Всесильный, Могущественный.
Ələddin Sultanov:
Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” - dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir.
Kerbelayi Malik ağa:
Onlar yalnız ‘Rəbbimiz Allahdır’ dedikləri üçün haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzisini digəri ilə dəf etməsəydi, məbədlər, kilsələr, sinaqoqlar və içində Allahın adının çox zikr edildiyi məscidlər mütləq dağılıb gedərdi. Allaha yardım edənə Allah mütləq yardım edər. Şübhəsiz ki, Allah əlbəttə Qəviyydir (qüvvətli, güclü), Əzizdir.
Ələsgər Musayev:
O kəslər ki, xaric olundular diyarlarından qeyri
haqq, ancaq ki, deyirdilər: «Rəbbimiz Allahdır!» Əgər Allah
insanların bəzisini onların bəzisi ilə dəf etməsə, xarab olub
gedər somələr və kilsələr və salavat yerləri və səcdə yerləri ki,
orada Allahın ismi çoxlu yad olunur. Yardım edəcək Allah o
kəsə ki, yardım edir Ona. Həqiqətən, Allah Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir.
Kövsər Tağıyev:
Onlar sadəcə “Rəbbimiz Allahdır” dedikləri üçün haqsız yerə yurdlarından çıxarılmış kimsələrdir. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər heç şübhəsiz, yerlə yeksan edilərdi. Şübhəsiz ki, Allah öz dininə yardım edənə mütləq yardım edər. Əqiqətən, Allah çox qüvvətlidir, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlar ancaq: "Rəbbimiz Allahdır!" - dediklərinə görə haqsız olaraq obalarından çıxarılıblar. Əgər Allahın insanların bir qismini bir qismiylə dəf etməsi olmasaydı içərilərində Allahın adı bol- bol anılan monastrlar, kilsələr, (yəhudi) məbədləri və məscidlər dağıdılardı. Allah Ona tərəfdar olana yardım edər. Həqiqətən, Allah qüvvət, qüdrət sahibidir.
Sabirə Dünyamalıyeva:
Əgər Allah, insanların bir qismini digər bir qismi ilə dəf edib qarşısını almasaydı, mütləq surətdə, fidan, tumurcuq, ağacdakı meyvə, yığılmış taxıl, paxlalı bitkilər, susuz torpaqlardakı tikanlar, tikilib ucaldılmış binaların hamısı, bütün ticarət yerləri; bazarlar, bütün səlat; yardım yerləri (iş; məşğulluq və istihsal yerləri, təhsil və tədris müəssisələri və təhlükəsizlik mərkəzləri) və içərisində Allahın adı çoxlu-çoxlu yada salınan məscidlər yerlə yeksan edilərdi.