Əlixan Musayev:
Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmazsa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.
Bünyadov-Məmmədəliyev:
Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
Elmir Quliyev
:
Аллах — Тот, Кто создал вас, а потом одарил пропитанием. Потом Он умертвит вас, а потом оживит. Есть ли среди тех, кого вы приобщаете в сотоварищи, тот, кто совершал бы что-либо из этого? Пречист Он и превыше тех, кого вы приобщаете в сотоварищи!
Ələddin Sultanov:
Allah sizi yaratmış, sonra sizə ruzi vermiş, sonra sizi öldürəcək, sonra da sizi (təkrar) dirildəcəkdir. (Allaha tay tutduğunuz) şərikləriniz arasında bunlardan hər hansı birini edə bilən biri varmı? O pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
Kerbelayi Malik ağa:
O Allah ki, sizi yaratdı. Sonra sizə ruzi verdi. Sonra sizi öldürəcək, sonra da sizi dirildəcək. Sizin şəriklərinizdən bunlardan birini edə biləcək varmı? Allah Sübhandır və şirk qoşduqları şeylərdən ucadır.
Ələsgər Musayev:
Allah - Odur ki,
xəlq etdi sizi, sonra ruziləndirdi sizi, sonra öldürər sizi, sonra
həyat verər sizə. Varmı şəriklərinizdən kim ki, bunlardan
fəaliyyət edə şeydən? Sübhandır O və Alidir nədən ki, şərik
qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır.
Kövsər Tağıyev:
Allah sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən və daha sonra isə dirildəndir. Allaha qoşduğunuz şəriklərdən bunlardan hər hansı birini edə bilən varmı? O, onların şərik qoşduqlarından uzaqdır, ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi xəlq edən, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da dirildəcək Allahdıri Sizin (Ona) qoşduğunuz şəriklər içərisində bunlardan hər hansı birini edə biləcək bir kəs varmı? Allaha təriflər olsun! O, onların qoşduqları şəriklərdən yüksəkdədir.
Sabirə Dünyamalıyeva:
Allah, sizi əmələ gətirən, sonra sizə ruzi verən, sonra sizi öldürən və sizi dirildəndir. Heç sizin şərik qoşduqlarınızdan, bunlardan hər hansı birini edəcək kimsə varmı? Allah onların qoşduqları şəriklərdən pak və çox ucadır.