Zuxruf Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənmi karlara eşitdirəcəksən, yaxud korları aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!
Elmir Quliyev :
Разве ты можешь заставить слышать глухих или наставить на прямой путь слепых и того, кто находится в очевидном заблуждении?
Ələddin Sultanov:
(Ey Peyğəmbər! Haqqı) karlara sənmi eşitdirəcəksən, yaxud kor olanları açıq-aşkar zəlalətdə olanları sənmi doğru yola yönəldəcəksən?!
Kerbelayi Malik ağa:
Yoxsa karlara sənmi eşitdirəcəksən? Yaxud korları açıq-aşkar dəlalətdə olanları sənmi hidayətə ərdirəcəksən?
Ələsgər Musayev:
Ə, sən eşitdirə bilərsənmi karları, ya hidayət edə bilərsənmi korları kim zəlalətdə oldu aşkar?
A.Mehdiyev və D.Cəfərli:
Buna görə məgər sən karlara (söz) eşitdirə, yaxud korları aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
Kövsər Tağıyev:
(Həqiqəti eşitməyən) karlara sənmi eşitdirəcəksən, yaxud (həqiqəti görməyən) korları açıq-aşkar sapqınlıq içində olanları sənmi doğru yola yönəldəcəksən?
M.Qənioğlu və T.Bilaloğlu:
Karlara sənmi eşitdirəcəksən, yaxud kor aşkar yolunu azmışlara sənmi düz yol göstərəcəksən?
Sabirə Dünyamalıyeva:
O halda, karlara sənmi eşitdirəcəksən? Yaxud korlara açıq-aşkar azğınlıq içində olanlara sənmi bələdçilik edəcəksən?