Əlixan Musayev:
Məgər (kafirlər) Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah (istədiyi kimi) hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
Elmir Quliyev
:
Разве они (неверующие) не видят, как Мы постепенно уменьшаем землю по краям (отдаем ее во владение верующим)? Аллах принимает решения, и никто не отменит Его решения. Он скор в расчете.
Ələddin Sultanov:
Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. (Yer üzünün kənarlarından əksildilməsi məsələsini klassik təfsirçilər belə izah etmişlər ki, müsəlmanların, kafirlərin torpaqlarını fəth etmələri və müsəlmanların sayının çoxalması nəticəsində yer üzü artıq kafirlərə dar gəlməyə başlamışdır. Ancaq müasir təfsirçilərin bir qismi bu ifadənin, yer kürəsində baş verən eroziya proseslərinə işarə etdiyini, bir qismi də yer kürəsinin ellips formasında olmasına işarə etdiyini söyləmişlər.)
Kerbelayi Malik ağa:
Yer üzünə gəlib onu ətrafından necə azaldırıq onlar görmürlərmi? Allah hökm verər. Onun hökmünü pozacaq kimsə yoxdur. O, hesabı tez görəndir.
Ələsgər Musayev:
Ə, onlar görmədilər ki, Biz ərzə gəlirik onun ətrafını əskildərək? Allahdır ki, hökm edir və Onun hökmünü qaytaran olmaz və O sürətli hesab çəkəndir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez hesab çəkəndir.
Kövsər Tağıyev:
Onlar bizim yer üzünə (qüdrətimizlə) gəlib onu ətrafından əskiltdiyimizi görmədilərmi? Allah hökm edər. Onun hökmünü dəf edəcək heç bir kimsə yoxdur. O, çox tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Bizim yer üzünə gələrək onun bəzi yerlərini [kafirlərin torpaqlarını] azaltdığımızı görmürlərmi? Allah Hökm edər və Onun hökmünə heç kim mane ola bilməz. O, tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Və onlar, şübhəsiz, Bizim yer üzünə gəldiyimizi, onu kənarlarından əskiltdiyimizi görmürlərmi? Hökm edən Allahdır. Onun hökmünün qarşısını ala biləcək heç kimsə yoxdur. Və O, çox tez haqq-hesab çəkəndir.