Əlixan Musayev:
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!
Bünyadov-Məmmədəliyev:
Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).
Elmir Quliyev
:
Те, которые взяли себе покровителей и помощников помимо Аллаха, подобны пауку, соткавшему себе жилище. Воистину, самое непрочное жилище — это жилище паука. Если бы они только знали!
Ələddin Sultanov:
Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyir. Şübhəsiz ki, yuvaların ən zəifi hörümçək yuvasıdır. Kaş bunu biləydilər.
Kerbelayi Malik ağa:
Allahdan başqa dost tutanların vəziyyəti, (özünə) yuva quran hörümçəyin halı kimidir. Şübhəsiz ki, evlərin ən zəifi hörümçəyin yuvasıdır. Kaş ki onlar bilsəydilər.
Ələsgər Musayev:
Məsəli o kəslərin ki, Allahın əvəzinə dost götürdülər, hörümçək məsəli kimidir ki, özü üçün ev toxuyur. Həqiqətən, evlərin zəifi hörümçək evidir, əgər olsaydılar bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.
Kövsər Tağıyev:
Allahdan başqalarını dost tutanların halı özünə bir ev (yuva) qurmuş hörümçəyin halı kimidir. Evlərin ən zəifi isə şübhəsiz, hörümçək yuvasıdır. Kaş biləydilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahdan başqasını dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Onlar bilsələr, evlərin ən zəifi hörümçək evidir.
Sabirə Dünyamalıyeva:
Allahın altındakılardan köməkçi, yol göstərən, himayəçi yaxın qəbul edənlərin vəziyyəti, özünə ev quran dişi hörümçəyin vəziyyəti kimidir. Şübhəsiz ki, evlərin ən zəifi də həqiqətən dişi hörümçək evidir. Kaş ki, onlar biləydilər.