Əlixan Musayev:
(Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.
Bünyadov-Məmmədəliyev:
(Mələklər: ) “Sən paksan, müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi”, - deyə cavab verəcəklər.
Elmir Quliyev
:
Они скажут: "Пречист Ты! Ты — наш Покровитель, а не они. Они поклонялись джиннам, и большинство их веровали именно в них".
Ələddin Sultanov:
Mələklər: “Sən pak və müqəddəssən! Bizim dostumuz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə iman gətirmişdi”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
(Mələklər) dedilər ki: ‘Sən Sübhansan. Bizim vəlimiz onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə tapınırdılar. Onların çoxu onlara (cinlərin söylədiklərinə) inananlardır.’
Ələsgər Musayev:
Deyərlər: «Sübhansan
Sən! Onlardan başqa yalnız Sənsən bizim Vəlimiz! Bəli, onlar
cinlərə ibadət edirdilər. Onların əksəriyyəti onlara inanırdılar!»
A.Mehdiyev və D.Cəfərli:
(Mələklər) deyərlər: «Sən (hər hansı bir eyb və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».
Kövsər Tağıyev:
(Mələklər): “Səni nöqsanlardan uzaq tuturuq. Onlar deyil, Sən bizim dostumuzsan. Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə inanırdı”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Sənə təriflər olsun! Bizim ixtiyar sahibimiz onlar yox, Sənsən. Xeyr, onlar cinlərə (qulaq asıb) ibadət edirdilər, çoxusu onlara iman gətirmişdi."
Sabirə Dünyamalıyeva:
Onlar: "Səni pak tuturuq. Onlara qarşı bizim qoruyucu, yol göstərən yaxınımız Sənsən. Əksinə, onlar gizli güclərə ibadət edirdilər. Çoxu onlara inananlar idi" dedilər.