Əlixan Musayev:
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).
Elmir Quliyev
:
Воистину, Аллах удерживает небеса и землю, чтобы они не сдвинулись. А если они сдвинутся, то никто другой после Него их уже не удержит. Воистину, Он — Выдержанный, Прощающий.
Ələddin Sultanov:
Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah göyləri və yeri zavala uğramasınlar deyə saxlayır . Həqiqətən ikisi də zavala uğrasalar, ondan sonra, o ikisini (göyləri və yeri) Allahdan başqa saxlaya bilməz. Şübhəsiz ki, O, Həlimdir, Ğafurdur (günahları savaba çevirəndir).
Ələsgər Musayev:
Həqiqətən,
Allah tutur səmaları və ərzi ondan ötrü ki, yox olmasınlar.
Əgər onlar yox olsaydılar, onda bir kəs tutub saxlaya bilməzdi
onları Ondan sonra. Həqiqətən, O oldu Həlim, Ğəfur!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah göyləri və yeri yox olub getməsinlər deyə (qurduğu nizamda) tutub saxlayır. And olsun, əgər onlar (mehvərlərindən çıxıb) yox olub getsələr, Ondan başqa heç kim onları tutub saxlaya bilməz. Şübhəsiz, O, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər), çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah göyləri və yeri (öz yerlərindən qopub) zavala uğramasınlar deyə, tutub saxlayır. And olsun ki, əgər onlar öz yerlərindən qopacaq olsalar Ondan başqa heç kim onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz, göyləri və yer üzünü yox olmaqdan Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox olsa, onları Ondan başqa heç kim saxlaya bilməz. Həqiqətən O, çox yumşaq rəftar edən, çox bağışlayandır.