Ənfal Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər siz Allaha (haqla batilin) ayırd edildiyi gün iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Əgər siz Allaha haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Знайте, что если вы захватили трофеи, то пятая часть их принадлежит Аллаху, Посланнику, близким родственникам Посланника, сиротам, беднякам и путникам, если вы уверовали в Аллаха и в то, что Мы ниспослали Нашему рабу в день различения, в день, когда встретились две армии при Бадре. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Əgər Allaha haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün (Bədr döyüşü günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun qohumlarına, yetimlərə, yoxsullara yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir. (Yuxarıdakı ayədə keçən “Peyğəmbərin qohumları” mövzusunda alimlər ixtilafa düşmüşlər. Bir qismi onların Haşim Müttəlib oğulları olduğunu, bir qismi sadəcə Haşim oğulları olduğunu, bir qismi Qüreyş qəbiləsi olduğunu ifadə etmişlər. Müharibədə ələ keçən qənimətin beşdə biri yuxarıda qeyd olunan kimsələrə verilir, qalan hissəsi isə müharibədə iştirak edənlərin arasında bölüşdürülürdü.)
Kerbelayi Malik ağa:
Əgər Allaha iki ordunun qarşılaşdığı gün- furqan günü (haqq batilin ayrıldığı gün) qulumuza endirdiyimiz şeyə inandınızsa, qənimət olaraq bir şey aldığınız zaman artıq onun beşdə birinin şübhəsiz ki, Allahın Rəsulun yaxınlarının yetimlərin miskinlərin səfərdə olanların olduğunu bilin. Allah hər şeyə qadirdir (gücü çatandır).
Ələsgər Musayev:
bilin, o şeydən ki, sizə qənimət yetişir, Allah üçündür onun beşdə biri rəsul üçün yaxınlar üçün yetimlərin miskinlərin yol oğlunun, əgər inandınız Allah ilə ki, nazil etdik bəndəmizin üzərinə fərqləndirmə günündə o gündə ki, iki cəm görüşdü. Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allaha (haqqın batildən) ayrılıq günü o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya mallardan qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların yolda (İslam müsəlmanlar üçün lazım olan hər bir dini dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).
Kövsər Tağıyev:
Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri mütləq Allaha, peyğəmbərə, onun yaxınlarına, yetimlərə, yoxsullara yolda qalanlara aiddir. Əgər Allaha haqq ilə batili bir-birindən ayırdığı gün, (yəni) iki ordunun (Bədrdə) qarşı-qarşıya gəldiyi gün qulumuza endirdiklərimizə iman etmisinizsə (bunu belə qəbul edin). Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allaha (haqqın nahaqdan) fərqləndirildiyi gün - iki dəstənin üz-üzə gəldiyi gün [Bədr günü] bəndəmizə nazil etdiyimizə iman gətirmişsinizsə, bilin ki, (döyüşdə) əldə etdiyiniz qənimətdən beşdən biri Allahın, peyğəmbərin, (onun) qohum-əqrəbasının, yetimlərin, yoxsulların yolçunundur. Allah hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Yenə, bilin ki, əgər siz Allaha, haqq ilə batilin ayırd edildiyi o gün; iki ordunun qarşı-qarşıya gəldiyi Bədr günü Öz bəndəmizə nazil etdiyimiz ayələrə iman etmisinizsə, hər hansı bir şeydən qənimət olaraq əlinizə keçirdiyimiz şeylerin beşdə biri, Allah, Elçi, yaxınlığı olanlar; yurdlarından çıxarılan kasıblar, yetimlər, miskinlər yolda qalmışlar üçündür. Allah, hər şeyə qadirdir.