Əlixan Musayev:
Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.
Bünyadov-Məmmədəliyev:
Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
Elmir Quliyev
:
Воистину, ты не властен над Моими рабами, за исключением заблудших, которые последуют за тобой".
Ələddin Sultanov:
Sənə tabe olan azğın kimsələr istisna olmaqla, qullarım üzərində sənin heç bir hakimiyyətin yoxdur!”
Kerbelayi Malik ağa:
Azğın olanlardan sənə tabe olan kəslər xaric, şübhəsiz ki, mənim qullarım üzərində sənin bir sultanlığın (hökmranlığın) yoxdur.
Ələsgər Musayev:
Həqiqətən, Mənim bəndələrimin üzərində yoxdur
sənin üçün hökm, ancaq o kəslərdən başqa ki, sənə itaət etdilər
və azğınlardandırlar.
A.Mehdiyev və D.Cəfərli:
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
Kövsər Tağıyev:
Azğınlardan sənə uyanlar xaricində qullarım üzərində sənin bir hakimiyyətin yoxdur”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Mənim bəndələrim üzərində sənin heç bir hökmün yoxdur, yolunu azıb sənin ardınca gedənlərdən başqa.”
Sabirə Dünyamalıyeva:
Sənə uyan azğınlardan başqa, bəndələrimin üzərində heç bir məcburedici gücün yoxdur.