İsra Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa tanrılar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”.
Elmir Quliyev :
Скажи: "Если бы, как они говорят, наряду с Ним существовали другие боги, то они непременно попытались бы добраться до Господа Трона".
Ələddin Sultanov:
De: “Əgər dedikləri kimi Onunla (Allahla) yanaşı başqa ilahlar da olsaydı, o zaman (bu ilahlar) ərşin sahibinə (çatmaq üçün) bir yol axtarardılar”.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər onların söylədikləri kimi Onunla bərabər (başqa) ilahlar olsaydı, o zaman onlar da (başqa ilahlar da) mütləq ərşin sahibinə (çatmaq üçün) bir yol axtarardılar.’
Ələsgər Musayev:
De: «Əgər Onunla birlikdə ilahilər olsa idi, qədər deyirlər, onda onlar ərşin sahibinə yol axtarardılar».
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək ya Onun mülkündə şərik olmaq yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.
Kövsər Tağıyev:
De ki: “Əgər onların iddia etdiyi kimi Allahla yanaşı (başqa) ilahlar olsaydı, o zaman o ilahlar da Ərşin sahibinə çatmaq üçün, əlbəttə, bir yol axtarardılar”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər onlanrın dediyi kimi Ona tay olan başqa tanrılar da olsaydı, onda onlar ərş sahibinin dərgahına bir yol arardılar.
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər dedikləri kimi, Allah ilə yanaşı bəzi məbudlar olsaydı, o zaman o məbudlar ən böyük taxtın[#187] sahibinə; Allaha bir yol axtarardılar".