Furqan Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər biz tanrılarımıza tapınmaqda səbrli olmasaydıq, az qala o, bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin (haqq) yoldan daha çox azdığını anlayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Əgər biz (bütpərəstliyimizdə) səbr (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.
Elmir Quliyev :
Он готов был отвратить нас от наших богов, если бы мы не проявили терпение". Когда они увидят наказание, они узнают, кто больше других сбился с пути.
Ələddin Sultanov:
Əgər ilahlarımıza inanmaqda səbat göstərməsəydik, az qalsın o bizi onlardan uzaqlaşdırıb azdıracaqdı”. Onlar əzabı gördükləri zaman əslində kimin haqq yoldan azdığını biləcəklər.
Kerbelayi Malik ağa:
'Ona səbir etməmiş olsaydıq, həqiqətən, az qala bizi ilahlarımızdan sapdırırdı.' Əzabı gördükləri zaman kimin yoldan daha çox sapdığını öyrənəcəklər.
Ələsgər Musayev:
Az qalmışdı zəlalətə salsın bizi ilahilərimizdən, əgər biz səbr etməsəydik onların üzərində». Biləcəklər onlar, onda ki, görəcəklər əzabı, kim zəlalətdədir yoldan!
A.Mehdiyev və D.Cəfərli:
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
Kövsər Tağıyev:
Biz ilahlarımızdan bərk yapışmasaydıq, az qala bizi ilahlarımızdan uzaqlaşdıracaqdı”, (– deyərlər.) Onlar tezliklə əzabı gördükləri zaman kimin yolunun daha sapqın olduğunu biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz tanrılarımıza qarşı səbrli olmasaydıq, o, az qala bizi onlardan döndərəcəkdi." Onlar əzabı görən zaman kimin yolu daha çox azdığını biləcəklər.
Sabirə Dünyamalıyeva:
onlar, yaxında əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər!