Əlixan Musayev:
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!
Elmir Quliyev
:
Аллах забирает души в момент смерти, а ту, которая пока не умирает, — во время сна. Он удерживает ту, которой предопределил смерть, а другую отпускает до определенного срока. Воистину, в этом — знамения для людей размышляющих.
Ələddin Sultanov:
Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Allah onların canlarını ölüm anında öldürər. Onlar ki, yuxularındadır, ölməmişlər, o zaman üzərinə ölüm hökm ediləcək olanı (o adamın fizik vücudunu yuxu halında) tutub saxlayar və digərini (nəfsi) təyin olunmuş əcələ qədər (yuxuda dilədiyi yerə) göndərər. Şübhəsiz ki, bunda təfəkkür edən qövm üçün əlbəttə ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
Allah nəfsin canını alar onların ölüm
anında və hansı ki, ölməyib – yuxuda. Tutar hansı ki, onun
üçün təyin etmişdi ölümü və göndərər axırdakıları tərəfinə
əcəlin toxunanın. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum
üçün!
A.Mehdiyev və D.Cəfərli:
Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.
Kövsər Tağıyev:
Allah (ölən) insanların ruhlarını ödükləri zaman, ölməyənlərinkini isə yuxularında alar. Ölümünə hökm verdiklərinin ruhlarını tutar, digərlərini isə müəyyən bir vaxta (ömürlərinin sonuna) qədər buraxar. Şübhəsiz, bunda düşünən bir toplum üçün, əlbəttə, ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah ölənlərin canını onlar ölərkən, ölməyələrin canını isə yuxuda ikən alar. Beləcə ölümünə qərar verdiyi (kəslərin canını) alır, başqalarınkını isə müəyyən bir müddətə qədər saxlayıb qaytarır. Bunda düşünən adamlar üçün dəlillər vardır!
Sabirə Dünyamalıyeva:
Allah, o nəfslərə, ölüm əsnasında, keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırladar. Ölməyənlərə də yatdıqlarında; artıq kimin barəsində ölüm gerçəkləşmişsə, onları saxlayar, digərlərini isə müəyyən bir müddətin axırına qədər buraxar. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün nə qədər işarətlər/nişanələr vardır.