Nisa Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
O gün Allahı dananlar Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər heç bir sözü Allahdan gizlədə bilməzlər!
Elmir Quliyev :
В тот день те, которые не уверовали и ослушались Посланника, пожелают, чтобы земля сровнялась с ними. Они не смогут утаить от Аллаха ни одной беседы.
Ələddin Sultanov:
Kafir olub Peyğəmbərə asi olanlar o gün (axirət günü) yerlə bir olmağı (torpaq olmağı) arzu edəcəklər. Onlar heç bir sözü (əməli) Allahdan gizlədə bilməzlər.
Kerbelayi Malik ağa:
Kafirlər rəsula asi olanlar (qarşı gələn kəslər) izn günü (qiyamət günü) özlərinin yerlə bir olmalarını təmənna edərlər (istəyərlər). (İnkar etdikləri heç bir) sözü Allahdan gizlədə bilməzlər.
Ələsgər Musayev:
O gün istəyərlər o kəslər ki, kafir olub rəsula asi oldular, kaş ki, bərabər olaydı onlar ilə ərz. hər hansı bir hadisəni Allahdan gizlədə bilməzlər!
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün kafirlər Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.
Kövsər Tağıyev:
O qiyamət günü, Allahı inkar edib Peyğəmbərə üsyan edənlər yer yarılıb içinə girməyi istəyərlər Allahdan heç bir söz gizləyə bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman, küfr edib peyğəmbərə asi olanlar yerlə-yeksan olmağı arzu edəcəklər. Onlar Allahdan bir söz gizlədə bilməzlər.
Sabirə Dünyamalıyeva:
İnkar edən Elçiyə üsyan edən kəslər, o gün torpağa qarışıb getməyi diləyərlər. Allahdan heç bir sözü gizlədə bilməyəcəklər də.