Əlixan Musayev:
Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan (Allaha) çağırıram.
Bünyadov-Məmmədəliyev:
Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!
Elmir Quliyev
:
Вы призываете меня не веровать в Аллаха и приобщать к Нему в сотоварищи то, о чем у меня нет знания. Я же призываю вас к Могущественному, Всепрощающему.
Ələddin Sultanov:
Siz məni Allahı inkar etməyə və barəsində heç nə bilmədiyim şeyləri Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi yenilməz qüvvət sahibi və çox bağışlayan Allaha çağırıram.
Kerbelayi Malik ağa:
Siz məni Allahı inkar etməyə və haqqında elmim olmayan bir şeyi Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən sizi Əziz və Ğaffar Olana (Allaha) dəvət edirəm.
Ələsgər Musayev:
Siz məni çağırırsınız Allah
ilə kafir olmağa və şərik qoşmağa Onunla, hansı ki, onun ilə
mənim elmim yoxdur. Mən isə sizi çağırıram Əzizə, Ğəfura
tərəf.
A.Mehdiyev və D.Cəfərli:
«Siz məni Allaha kafir olmağa və barəsində heç nə bilmədiyim bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz, mən isə sizi O yenilməz qüdrət sahibi və çox bağışlayan (Allah)a tərəf çağırıram.»
Kövsər Tağıyev:
“Siz məni Allahı inkar etməyə və haqqında biliyim olmayan şeyləri Ona şərik qoşmağa çağırırsınız. Mən isə sizi mütləq güc sahibinə, çox bağışlayana (Allaha) çağırıram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz məni Allaha inanmamağa və haqqında heç bir xəbərim olmayan şeyləri Ona şərik qoşmağa çağırırsınız. Mən isə sizi qüdrətli, bağışlayan (Allaha) çağırıram.
Sabirə Dünyamalıyeva:
Siz, məni, Allaha inanmamağa və mənim heç məlumatım olmayan şeyləri Ona şərik qoşmağa dəvət edirsiniz.