Əlixan Musayev:
Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar.
Bünyadov-Məmmədəliyev:
Yaxud (sən həyatda ikən) onlara vəd etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!
Elmir Quliyev
:
Мы также может показать тебе то, что обещали им, ведь Мы властны над ними.
Ələddin Sultanov:
Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatır.
Kerbelayi Malik ağa:
Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə mütləq göstərəcəyik. Çünki, Biz onlara (əzab verməyə) qadirik.
Ələsgər Musayev:
Ya göstərərik sənə onu ki, vəd vermişik onlara və
həqiqətən, Biz üzərində onların qadirik!
A.Mehdiyev və D.Cəfərli:
Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
Kövsər Tağıyev:
Ya da onlara etdiyimiz təhdidi sənə göstərərik ki, bizim onlara gücümüz çatar.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud vəd etdiyimiz (əzabı) onlara necə verəcəyimizi sənə göstərəcəyik. Biz ki onlara (istədiyimizi etməyə) qadirik!
Sabirə Dünyamalıyeva:
Yaxud da onlara vəd etdiyimiz əzabı sənə göstərərik. Çünki Biz, onların əleyhinə [cəza verməyə] qadirik.