Ənfal Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün (belə etdi) ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah Eşidən-dir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasından sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev :
Вот вы находились на ближней стороне долины, они на дальней стороне, а караван был ниже вас. Если бы вы условились, то разошлись бы во времени и месте. Однако все произошло так, чтобы Аллах довел до конца дело, которое уже было свершившимся, дабы погиб тот, кто погиб при полной ясности, и дабы выжил тот, кто выжил при полной ясности. Воистину, Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
O zaman (Bədr döyüşündə) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Siz vadinin yaxın tərəfində (Mədinə tərəfində) idiniz onlar da vadinin uzaq tərəfində (Məkkə tərəfində) idilər karvan sizdən daha aşağıda idi. Əgər (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) sözləşsəydiniz, (onların çox olmasından sizi öldürməsindən qorxaraq təyin etdiyiniz) zaman barəsində mütləq fikir ayrılığına düşərdiniz. Lakin edilməsi lazım olan bir işin (əmrin) yerinə yetirilməsi, Allahın həyata keçirməsi: həlak olanın bəyyinə (açıq bir dəlil-sübut) ilə həlak olması üçün, yaşayanın bir bəyyinə (açıq bir dəlil-sübut) ilə yaşaması üçündür. Şübhəsiz ki, Allah mütləq eşidəndir, biləndir.
Ələsgər Musayev:
Onda siz yaxın tərəfində oldunuz onlar isə uzaq tərəfində süvarilər sizdən aşağıda. Əgər siz vədə təyin etsəydiniz, vədədə ixtilafınız olardı. Lakin bu, onun üçün idi ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu; kim həlak olacaq aydınlıqla həlak olsun kim diri qalacaq aydınlıqla diri qalsın. Həqiqətən, Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu belə bir məcburi qarşıdurma yarandı qarşıya qeyri-adi qələbə çıxdı) ki, həlak olan dəlil-sübut üzündən həlak olsun (mənəvi) həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən biləndir.
Kövsər Tağıyev:
Xatırlayın ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda idi. (Onlar say etibarilə sizdən o qədər çox idilər ki,) Əgər görüşmək üçün vədələşmiş olsaydınız, (vəziyyəti öyrənən kimi həmin) vədələşmə barəsində ixtilafa düşərdiniz (savaşmaq fikrindən daşınardınız). Lakin Allah olacaq bir işi (möminlərin zəfərini) gerçəkləşdirmək üçün belə etdi ki, ölən açıq bir dəlillə ölsün, yaşayan da açıq bir dəlillə yaşasın. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman [Bədr günü] siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda idi. Siz vədələşmiş olsaydınız, o vaxt barəsində ixtilafa düşərdiniz. Amma (bu ona görə idi ki,) Allah olacaq bir işi həyata keçirsin; həlak olanlar açıq-aşkar həlak olsunlar, sağ qalanlar açıq-aşkar sağ qalsınlar. Həqiqətən, Allah eşidəndir, hər şeyi biləndir!
Sabirə Dünyamalıyeva:
O zaman siz, vadinin yaxın yamacında idiniz, onlar da uzaq yamacında idilər. Karvan sizdən aşağıda idi. Əgər onlarla vədələşsəydiniz də, görüş yerində mütləq ixtilafa düşərdiniz. Lakin olması lazım gələn işi Allahın gerçəkləşdirməsi üçün; dəyişikliyə/məhvə məruz qalanlar açıq-aşkar bir dəlil gördükdən sonra məhv olsun, sağ qalanlar isə yenə açıq-aşkar bir dəlildən sonra yaşasın deyə... Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.