Nəml Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.
Bünyadov-Məmmədəliyev:
(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.
Elmir Quliyev :
Ей мешало то, чему она поклонялась вместо Аллаха, ведь она принадлежала к неверующему народу.
Ələddin Sultanov:
Allahdan başqa ibadət etdikləri ona (tövhid dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, kafir bir qövmdən idi.
Kerbelayi Malik ağa:
Allahdan başqa tapındığı şeylər ona mane oldu. Şübhəsiz ki, o, kafirlər qövmündən idi.
Ələsgər Musayev:
onun qarşısına sədd çəkən oldu Allahın əvəzinə ibadət etdiyi. Həqiqətən, olmuşdu o, kafir qoumdan!
A.Mehdiyev və D.Cəfərli:
Allahdan başqasına ibadət etməsi ona (Allaha iman gətirməyə Ona ibadət etməyə) mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi.
Kövsər Tağıyev:
Daha əvvəl Allahdan başqa ibadət etdiyi şeylər ona mane olmuşdu. Çünki o inkar edən bir qövmdən idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı qoyub ibadət etdiyi şeylər onu [Bilqeysi] yoldan çıxartmışdı. Axı o, kafir bir tayfadan idi.
Sabirə Dünyamalıyeva:
onu, Allahın altındakılardan sitayiş etdiyi şeyler yayındırmışdı. Şübhəsiz ki, o kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd edən] bir tayfadan idi.