Əlixan Musayev:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurma yalandan başqa bir şey deyildir!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər.
Bünyadov-Məmmədəliyev:
Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!” deyər, (Quran haqında isə:) “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq (Quran) gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər.
Elmir Quliyev
:
Когда им читают Наши ясные аяты, они говорят: "Это — всего лишь мужчина, который хочет удержать вас от того, чему поклонялись ваши отцы". Они говорят: "Это — всего лишь вымышленная ложь". А те, которые не уверовали в истину, когда она явилась к ним, говорят: "Это — всего лишь очевидное колдовство".
Ələddin Sultanov:
Ayələrimiz onlara açıq-aşkar oxunduqda: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır”, - dedilər. Həmçinin belə dedilər: “Bu (Quran) uydurma bir yalandan başqa bir şey deyil”. Kafirlərə haqq (Quran) gəldiyi zaman: “Bu yalnız açıq-aşkar bir sehrdir!” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara ayələrimiz açıqca oxunduğu zaman: ‘Bu ancaq, atalarınızın tapındığı şeylərdən sizi döndərmək istəyən bir şəxsdir.’ dedilər. Dedilər ki: ‘Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyil.’ Kafirlərə haqq gəldiyi zaman: ‘Bu, ancaq açıq-aşkar bir sehrdir.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, tilavat
olunur üzərinə onların aydın ayətlərimiz, deyirlər: «Bu, ancaq o
kişidir, istəyir ki, sədd çəksin sizə, nədən ki, atalarınız ibadət
edirdi!» Və dedilər: «Bu, ancaq iftira edilmiş yalandır!» Dedi o
kəslər ki, kafirdirlər, haqq üçün, amma elə ki, gəldi onlara:
«Bu, ancaq aşkar sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
Kövsər Tağıyev:
Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman: “Bu, sadəcə sizi atalarınızın ibadət etdiyi şeylərdən yayındırmaq istəyən bir adamdır”, – dedilər. Bir də: “Bu (Qur`an) uydurulmuş bir yalandır”, – dedilər. Yenə haqq onlara gəldiyi zaman onu inkar edənlər: “Bu yalnız açıq-aşkar bir sehrdir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimiz aydın bir şəkildə onlara oxunanda onlar deyərlər “Bu sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən kəsdən başqa bir adam deyildir. Yenə onlar deyərlər "Bu, uydurulmuş yalandan başqa bir şey deyildir. Haqq kafirlərə gələn zaman onlar. “Bu, aşkar sehrbazlıqdan başqa bir şey deyildir.” - deyərlər.
Sabirə Dünyamalıyeva:
Və açıq-aşkar dəlillər halında ayələrimiz oxunduğu zaman onlar: "Bu, yalnız sizi atalarınızın ibadət etdiyi məbudlardan uzaqlaşdırmaq istəyən adamdan qeyrisi deyil" dedilər. Və: "Quran uydurulmuş bir böhtandan başqa bir şey deyil" dedilər. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] o kəslər, haqq onlara gəldiyi zaman: "Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdən başqa bir şey deyil" dedilər.