Əlixan Musayev:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və (cinsiəlaqədən sonra) natəmiz olduğunuz halda, – yolda olan (müsafirlər )istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
Elmir Quliyev
:
О те, которые уверовали! Не приближайтесь к намазу, будучи пьяными, пока не станете понимать то, что произносите, и, будучи в состоянии полового осквернения, пока не искупаетесь, если только вы не являетесь путником. Если же вы больны или находитесь в путешествии, если кто-либо из вас пришел из уборной или если вы имели близость с женщинами, и вы не нашли воды, то направьтесь к чистой земле и оботрите ваши лица и руки. Воистину, Аллах — Снисходительный, Прощающий.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır. (Dəstəmaz, yaxud qüsl almaq istəyən bir müsəlman su tapmadığı vaxt torpaq, yaxud torpaq cinsindən olan bir şeylə təyəmmüm etməlidir. Təyəmmüm həm dəstəmaz, həm də qüsl əvəzinə edilə bilər. Bundan əlavə, su olub, ancaq o sudan istifadə etmək mümkün olmadığı zaman da təyəmmüm edilməlidir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Sərxoş ikən nə söylədiyinizi bilənə qədər, cünub ikən yolda olmağınız istisna olmaqla, qüsl alana qədər namaza yaxınlaşmayın! Əgər xəstəsinizsə və ya səfərdəsinizsə və ya sizdən biriniz tualetdən gəlmişsə və ya qadınlara toxunmuş (yaxınlıq etmiş) lakin su tapa bilməmisinizsə, o təqdirdə təmiz torpağla təyəmmüm edin, sonra onu üzlərinizə və əllərinizə məsh edin. Şübhəsiz ki, Allah günahları əfv edən, məğfirət edəndir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız!
Yaxınlaşmayın islahata məst halında olarkən, ta biləsiniz nə
dediyinizi və cunub halında – yol üstündə olandan başqa - ta
yuyunana qədər. Əgər xəstə olasınız, ya səfərdə, ya sizlərdən
biri gəldi ehtiyacı olan yerdən, ya toxunmusunuz qadınlara və
tapmadınız su, onda təmiz torpaqla təyəmmüm edin və məsh
edin üzünüzə və əllərinizə. Həqiqətən, Allah oldu Əfvi, Ğəfur!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Həmçinin müsafir olduğunuz (və onda su tapmadığınız) hal istisna olmaqla cənabətli halda qüsl edənə kimi (namaza yaxınlaşmayın). Eləcə də cənabətli halda qüsl edənə kimi məscidə yaxınlaşmayın. Keçməyiniz (bir qapıdan girib digərindən çıxmaq) istisnadır. Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız (və ya sudan istifadə etməməyə üzürlü səbəb olsa) pak torpaq axtarın və (iki əlinizi ona vurduqdan sonra) üzünüzə və əllərinizə sürtün. Doğrudan da Allah əfv edən və çox bağışlayandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilincəyə qədər, bir də – səfərdə olmağınız xaric – cünub ikən yuyununcaya qədər namaza yaxınlaşmayın. Əgər xəstə olar və ya səfərdə olarsınızsa və yaxud biriniz ayaq yolundan gəlincə ya da qadınlarınızla cinsi əlaqədə olub, su da tapa bilməzsinizsə, o zaman təmiz torpağa yönəlib (niyyət edərək onunla) üzlərinizi və əllərinizi məsh edin. Şübhəsiz, Allah çox əfv edəndir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər sərxoşsunuzsa, nə dediyinizi bilməyincə və natəmizsinizsə, - yolda olmaq istisna edilməklə, - qüsl edib təmizlənməyincə namaza yaxın düşməyin. Əgər xəstəsinizsə və ya səfərdəsinizsə, yaxud sizlərdən kimsə ayaqyolundan gəlibsə və ya qadına toxunubsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin [pak olun], üzünüzə və əllərinizə çəkin! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Sərxoş ikən, nə dediyinizi bilənə qədər, cənabətli[#370] ikən də -yolda olanlara bu hökm aid deyil- yuyunma vəziyyətində olana qədər, səlata [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarına] yaxınlaşmayın/cəmiyyət içinə çıxmayın. Əgər xəstə yaxud da səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla təmasda olubsa, su da tapmamışsınızsa o zaman, dərhal tərtəmiz bir torpağa yönəlin. Sonra da üzünüzü və əllərinizi əl ilə silin. Şübhəsiz ki, Allah çox əfv edəndir, çox bağışlayandır.