Mömin Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın dünyada, axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) dünyada, axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
Elmir Quliyev :
Нет сомнения в том, что то, к чему вы меня призываете, не заслуживает молитв ни в этом мире, ни в Последней жизни, и что нам предстоит вернуться к Аллаху, и что излишествующие окажутся обитателями Огня.
Ələddin Sultanov:
Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz dünyada, axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.
Kerbelayi Malik ağa:
Məni özünə dəvət etdiyiniz şeyin bir hökmü yoxdur. Onun (o bütün) dünyada axirətdə bir dəvəti (səlahiyyəti) yoxdur. Şübhəsiz ki, bizim dönüşümüz Allahadır. Şübhəsiz ki, həddi aşanlar atəş əhlidir.
Ələsgər Musayev:
Həqiqətən, nəyə ki, məni çağırırsınız, yoxdur onun çağırışı bu dünyada axirətdə. Həqiqətən, bizim dönüşümüz Allaha tərəfdir israf edənlər əshabıdırlar odun!
A.Mehdiyev və D.Cəfərli:
«Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya axirətdə bir dəvəti yoxdur (o, çağırılmağa layiqdir bir kəsi öz kəlamı, yaxud peyğəmbər kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.
Kövsər Tağıyev:
“Şübhəsiz, sizin məni tapınmağa çağırdığınız şeyin dünya, axirət haqqında heç bir çağırışı yoxdur. Şübhəsiz, qayıdışımız Allahadır. Şübhəsiz, həddi aşanlar cəhənnəmliklərdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, siz məni (sitayiş etməyə) çağırdığınız şeylərin özlərinin bu dünyada, axirətdə (insanları) çağırmaq qabiliyyəti vardır. Dönüşünüz ancaq Allahadır. Həddini aşanlar cəhənnəmlikdirlər!
Sabirə Dünyamalıyeva:
Mən isə sizi o çox güclü çox bağışlayan Allaha dəvət edirəm. Heç cür inkar etmək mümkün deyil ki, həqiqətən, sizin məni dəvət etdiyiniz şeyə doğru dünya axirətdə heç bir çağırış yoxdur. şübhəsiz, dönüşümüz Allahadır. şübhəsiz ki, həddi aşanlar, cəhənnəm əhlinin özüdür.