Əlixan Musayev:
Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.
Bünyadov-Məmmədəliyev:
Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.
Elmir Quliyev
:
Почему же, когда их поражало Наше наказание, они не становились смиренными? Их сердца ожесточались, а дьявол приукрашивал для них то, что они совершали.
Ələddin Sultanov:
Barı, əzabımız onlara gəldiyi zaman boyun əyəydilər. Lakin onların qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri cazibəli göstərdi.
Kerbelayi Malik ağa:
Beləcə onlara darlığımız gəldiyi zaman yalvarsaydılar, olmazdımı? Lakin onların qəlbləri sərtləşdi. Şeytan onlara etmiş olduqları şeyləri gözəl göstərdi.
Ələsgər Musayev:
Əgər onda ki, gəldi onlara basqımız, çəkinsəydilər! Lakin bərkidi onların qəlbləri və zinətləndirdi şeytan onlar üçün etdikləri əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
Kövsər Tağıyev:
Heç olmasa onlara əzabımız gəldiyi zaman yalvarıb tövbə edəydilər. Lakin (onu etmədilər) qəlbləri qatılaşdı. Şeytan da etdiklərini onlara süslü göstərmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Barı (göndərdiyimiz) əzab onları haqladıqda boyun əyəydilər! Lakin onların ürəkləri sərtləşdi və şeytan onların əməllərini özləri üçün bəzədi.
Sabirə Dünyamalıyeva:
Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Onların qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri işləri cazibədar göstərdi.