Qələm Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
onların baxışları yazıq görkəm alacaq­, özlərini zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
Bünyadov-Məmmədəliyev:
Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.
Elmir Quliyev :
Их взоры потупятся, и унижение покроет их. А ведь их призывали пасть ниц, когда они пребывали в здравии.
Ələddin Sultanov:
Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
Kerbelayi Malik ağa:
Gözləri qorxudan ürpərmiş halda onları bir zillət bürüyər. Halbuki onlar sağ-salamat olduqları halda səcdə etməyə dəvət olunmuşdular.
Ələsgər Musayev:
Çəkinərək baxışlarını aşağı salıb, zillət həsrət bütün vücudların bürüyər. Əlbəttə, sağ-salim olanda səcdəyə tərəf dəvət oldular.
A.Mehdiyev və D.Cəfərli:
Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
Kövsər Tağıyev:
gözləri zəlil şəkildə yerə dikilmiş halda buna taqət yetirə bilməyəcəkləri günü (Qiyamət gününü) düşün. Halbuki onlar sağ ikən səcdə etməyə çağırılır (və buna yanaşmır)dılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Gözləri zəlilcəsinə yerə dikilər. Halbuki onlar (dünyada) sağ- salamat ikən səcdəyə dəvət edilirdilər.
Sabirə Dünyamalıyeva:
ciddiləşəndə boyun əyərək təslim olmağa dəvət edildikləri zaman, artıq gücləri çatmayacaq. Gözləri yerə dikilmiş, özlərini bir zillət düşkünlük bürümüş olacaq. Halbuki onlar, sağ-salamat olduqları vaxt da boyun əyərək təslim olmağa dəvət edilirdilər.