Əlixan Musayev:
O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər on-ları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah (sizi) qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!
Elmir Quliyev
:
Вот Аллах показал их тебе во сне малочисленными. Если бы Он показал тебе их многочисленными, то вы пали бы духом и стали бы препираться при принятии решения. Однако Аллах уберег вас, ибо Он знает о том, что в груди.
Ələddin Sultanov:
(Xatırla ki,) o zaman Allah yuxunda sənə onları (düşmənləri) az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah (sizi bundan) qurtardı. Şübhəsiz ki, O, qəlblərdəkini bilir.
Kerbelayi Malik ağa:
Allah sənə yuxuda onları az göstərdi. Əgər sənə onları çox göstərsəydi, mütləq narahat olardınız və əlbəttə əmr barəsində nizaya (anlaşılmazlığa) düşərdiniz. Lakin Allah sizi sağ-salamat çıxartdı. Şübhəsiz ki, Allah sinələrdə (qəlblərdə) olanı biləndir.
Ələsgər Musayev:
Onda Allah röyanda sənə onları az göstərdi. Əgər çoxlu göstərsəydi, zəif olardınız və əmrdə mübahisə edərdiniz. Lakin Allah təslim olma etdi. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
(Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (sizi ixtilafdan) salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
Kövsər Tağıyev:
Xatırla ki, Allah yuxunda onları sənə az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, əlbəttə, ruhdan düşərdiniz və o iş barəsində bir-birinizlə çəkişərdiniz. Lakin Allah (sizi bunlardan) qurtardı. Çünki O, qəlblərdə olanı haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Allah onları yuxunda sənə az sayda göstərdi. Əgər onları sənə sayca çox göstərsə idi, onda siz ruhdan düşər və bir-birinizlə bu məsələdə sözləşərdiniz. Lakin Allah (sizi belə bir vəziyyətdən) qurtardı. Şübhəsiz O, sinələrin içindəkilərdən də xəbərdardır!
Sabirə Dünyamalıyeva:
O vaxtlar Allah sənə yuxunda onları az göstərirdi. Əgər Allah onları sənə çox göstərsəydi, həqiqətən qorxardınız və döyüş barədə ixtilafa düşərdiniz. Lakin Allah təhlükəsizliyi təmin etdi. Şübhəsiz ki, O, ürəklərdə olanı ən yaxşı biləndir.