Nəhl Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Biz onları) aydın dəlillər kitablarla (göndərdik). Sənə Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən bəlkə onlar fikirləşələr.
Bünyadov-Məmmədəliyev:
Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr kitablarla göndərdik. Sənə Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən bəlkə, onlar da düşünüb dərk edələr!
Elmir Quliyev :
Мы отправляли посланников с ясными знамениями и Писаниями. А тебе Мы ниспослали Напоминание для того, чтобы ты разъяснил людям то, что им ниспослано, и для того, чтобы они призадумались.
Ələddin Sultanov:
(Onları) açıq-aşkar möcüzələr kitablarla (göndərmişdik). Sənə Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan ola bilsin ki, onlar düşünüb dərk edərlər.
Kerbelayi Malik ağa:
Bəyyinələrlə (isbat vasitələri ilə) səmavi kitablarla onlara endirilənləri, insanlara bəyan etməyin (açıqlamağın) üçün sənə zikri (Qurani Kərimi) endirdik. Ola bilsin ki, beləcə onlar təfəkkür edərlər.
Ələsgər Musayev:
bəyanatlarla Zəburla. Nazil etdik sənin üzərinə yad etməni ki, bəyan edəsən insanlar üçün onlara nazil olanı, ola ki, onlar fikirləşələr!
A.Mehdiyev və D.Cəfərli:
(Onları) aydın dəlillər (möcüzələrlə) ibrətamiz səma kitabları ilə (göndərdik) sənə bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan bəlkə düşündülər.
Kövsər Tağıyev:
(O peyğəmbərləri) açıq-aydın dəlillər kitablarla göndərdik. Sənə bu Qur`anı nazil etdik ki, insanlara özlərinə endiriləni açıqlayasan onlar da (onun haqqında) düşünsünlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları aydın dəlillərlə kitablarla (göndərdik). Sənə Zikri [Quranı] göndərdik ki, insanlara nazil edildiyini onlara izah edəsən bəlkə onlar bir fikirləşələr.
Sabirə Dünyamalıyeva:
Biz sənə o öyüdü/Quranı, özlərinə nazil olanı meydana çıxarasan, onlar da yaxşı-yaxşı düşünsünlər deyə nazil etdik.