İsra Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yeddi göy, yer onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Yeddi göy, yer onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!
Elmir Quliyev :
Его славят семь небес, земля и те, кто на них. Нет ничего, что не прославляло бы Его хвалой, но вы не понимаете их славословия. Воистину, Он Выдержанный, Прощающий.
Ələddin Sultanov:
Yeddi göy, yer onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır. (Təbiət elmlərinin inkişaf etməsi sayəsində yuxarıdakı ayə daha yaxşı anlaşılır. Belə ki, təbiətdəki canlı cansız hər şey atomdan meydana gəlir. Atomun içindəki elektronlar da daim müntəzəm şəkildə atomun nüvəsi ətrafında dönməkdədir. Ola bilsin ki, onların bu şəkildə hərəkət etmələri ilahi qanuna tabe olmaları, Quranda təsbeh etmələri kimi ifadə edilmişdir.)
Kerbelayi Malik ağa:
7 qat göylər yer üzü onlarda olanlar Onu (Allahı) təsbeh edərlər. Onu həmd ilə təsbeh etməyən bir şey yoxdur. Lakin onların təsbehlərini siz idrak edə bilməzsiniz. Şübhəsiz ki, O, Həlim, Ğafurdur.
Ələsgər Musayev:
Saya salır Onu yeddi səma ərz kim ki, onlarda var. Əgər şeydən, ancaq saya salır həmd ilə Onu lakin siz onların saymalarını anlamırsınız. Həqiqətən, O Həlimdir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Yeddi göy, yer onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. (cansız təbiət, bitkilər aləmi, heyvanlar onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi m sonradan yaranması Onun qədimliyinə d elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O həlim bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).
Kövsər Tağıyev:
Yeddi göy, yer bunların içində olanlar Allahı təsbih edirlər. Hər şey onu həmd ilə təsbih edir. Ancaq siz onların təsbihlərini dərk etməzsiniz. O, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər), çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yeddi qat göy, yer onlarda olanların hamısı Onun şəninə həmd ilə təriflər deyir. Elə bir şey yoxdur ki, Onun şəninə təriflər deməsin, lakin siz onlann bu tərif deməsini anlamazsınız. O, həqiqətən, həlimdir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Bütün göylər/kosmos, yer üzü bunların içində olanlar, Allahı nöqsan sifətlərdən pak tutur. Onun tərifi ilə birlikdə [Allahı] nöqsan sifətlərdən pak tutmayan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən pak tutmağını yaxşı anlamazsınız. Şübhəsiz ki, O, həlimdir, çox bağışlayandır.