Əlixan Musayev:
Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.
Elmir Quliyev
:
Это — часть рассказов о сокровенном, которое Мы сообщаем тебе в откровении. Ты не был с ними, когда они бросали свои письменные трости, чтобы решить, кто из них будет опекать Марьям (Марию). Ты не был с ними, когда они препирались.
Ələddin Sultanov:
(Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.
Kerbelayi Malik ağa:
Bu, qeyb xəbərlərindəndir, onu sənə vəhy edirik. ‘Məryəmi onlardan hansı himayəsinə alacaq?’ deyə, onlar (püşk atmaq üçün) qələmlərini atdıqları zaman sən onların yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən onların yanlarında deyildin.
Ələsgər Musayev:
Bu, xəbərlərindəndir
qeybin, vəhy edirik onu sənə. Və sən onların yanlarında
deyildin, onda onlar xosunlaşrdılar, onlardan kim kifil olacaq
Məryəmə. Və sən onların yanlarında deyildin onda onlar
mübahisə edirdilər.
A.Mehdiyev və D.Cəfərli:
Bu (hekay?tl?r), qeyb x?b?rl?rind?ndir ki, onu s?n? v?hy edirik. (Yoxsa ki) s?n onlar?n M?ry?mi kimin himay?y? goturm?si ucun q?l?ml?rini (pusk m?qs?di il? suya) atd?qlar? zaman onlar?n yan?nda deyildin. H?mcinin, onlar bir-birl?ri il? (M?ry?mi saxlamaq ucun) mubahis? v? dava-dalas etdikl?ri zaman (da s?n) onlar?n yan?nda deyildin.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Məryəmi kim himayəsinə götürüb qoruyacaq deyə qələmlərini (püşk məqsədilə) atdıqları zaman sən yanlarında deyildin. (Bu haqda) mübahisə etdikləri zaman da yanlarında deyildin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, qeybdən olan xəbərlərdir ki, sənə vəhy [təlqin] edirik. Hansının Məryəmə hami olacağı barəsində qələmləri ilə püşk atdıqları zaman sən onların yanında deyildin, onlar çəkişəndə də sən onların yanında deyildin.
Sabirə Dünyamalıyeva:
Bax bu, [sənin] hiss etmək imkanının olmadığı, keçmiş [zamanların] vacib xəbərlərindən sənə vəhy etdiyimiz [xəbərdir]. Və Məryəmə kim zamin olacaq deyə qələmlərini atdıqları zaman sən yanlarında deyildin. Onlar mübahisə edərkən də sən yanlarında deyildin.