Əlixan Musayev:
Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!
Elmir Quliyev
:
Мы ниспослали Таурат (Тору), в котором содержится верное руководство и свет. Покорившиеся пророки выносили по нему решения для исповедующих иудаизм. Раввины и первосвященники поступали таким же образом в соответствии с тем, что им было поручено сохранить из Писания Аллаха. Они свидетельствовали о нем. Не бойтесь же людей, а бойтесь Меня, и не продавайте Мои знамения за ничтожную цену. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, являются неверующими.
Ələddin Sultanov:
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil kafirlərdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Tövratı Biz endirdik, onda hidayət və nur vardır. Təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edər. Rəbbanilər (özlərini Rəbblərinə həsr etmiş olanlar) və Ahbar olanlar da (zahidlər, yəhudi alimlər, hahamlar) Allahın Kitabındakıları qorumaqla vəzifəli olduqları ilə hökm verərlər və onlar onun üzərinə şahidlər oldular. Artıq insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrimi az bir dəyərə satmayın. Kim Allahın endirdiyi ilə hökm etməzsə, o təqdirdə onlar kafirlərdir.
Ələsgər Musayev:
Həqiqətən, Biz Tövratı nazil etdik - onda
hidayət və nur vardır. Hökm edirdi onunla təslim olan nəbilər
hidayət olunanlar və rəbbanilər və əhbarlar nə ilə ki, hifz etməli
idilər Allahın kitabından və oldular üzərində onun şahidlər.
Çəkinməyin insanlardan və çəkinin Məndən və Mənim
ayətlərimi az qiymətə satmayın. Kim hökm etməyə nə ilə ki,
nazil edib Allah - həmin onlar kafirlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!
Kövsər Tağıyev:
Şübhəsiz, Tövratı biz endirdik. İçərisində bir hidayət, bir nur var. (Allaha) təslim olan nəbilər onunla yəhudilərə hökm verərdilər. Özlərini Rəbbə həsr edən kimsələr ilə alimlər də elə hökm edərdilər. Çünki onlara Allahın kitabını qorumaq tapşırılmışdı. Onlar Tövratın haqq olduğuna da şahid idilər. O halda siz də insanlardan qorxmayın, məndən qorxun və ayələrimi ucuz qiymətə dəyişməyin. Allahın endirdiyi ilə hökm verməyənlər kafirlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz içərisində düz yol göstəricisi və nur olan Tövratı nazil etdik. (Allaha) təslim olan peyğəmbərlər bununla [Tövratla], din alimləri və fəqihlər də Allahın Kitabından hifz edib saxladıqları (əhkamlarla) yəhudilər arasında hökm verərlər və onlar (hamısı) buna şahid olublar. İnsanlardan qorxmayın, Məndən qorxun! Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər - onlar kafirlərdir.
Sabirə Dünyamalıyeva:
İçərisində doğru yolu göstərən [hidayət] və işıq olan Tövratı, şübhəsiz Biz nazil etdik. Müsəlmanlaşan şəxslər olan peyğəmbərlər onunla yəhudilərə hökm edirlər, özlərini Allaha həsr etmiş kəslər və xaxamlar da, Allahın kitabından, qorumaları özlərindən tələb olunan və özlərinin də şahidlik etdikləri şeylərlə hökm edirlər. İnsanların qarşısında ehtiramla ürpərməyin, Mənim qarşımda ehtiramla ürpərin. Mənim ayələrimi də ucuz qiymətə satmayın. Və kim, Allahın nazil etdiyi ilə hökm etməzsə, bax məhz onlar kafirlərdir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdir].