Yunus Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada)(və)(yaxud)(qəbirdə) gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.
Bünyadov-Məmmədəliyev:
(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.
Elmir Quliyev :
В тот день Аллах соберет их, словно они пробыли на земле или в могилах всего лишь один дневной час, и они узнают друг друга. Воистину, убыток потерпят те, которые считали ложью встречу с Аллахом и не следовали прямым путем.
Ələddin Sultanov:
Allah onları toplayacağı gün bir-birlərini tanıyacaq sanki (dünyada, yaxud qəbirdə) gündüzün yalnız bir hissəsi qədər qaldıqlarını zənn edəcəklər. Allah ilə qarşılaşacaqlarını yalanlayanlar ziyana uğrayacaqlar. Onlar doğru yolda deyillər.
Kerbelayi Malik ağa:
O gün (Allahu Təala) gündüzün bir saatını qalmışlar kimi onları toplayacaq (həşr edəcək). Bir-birlərini tanıyacaqlar. Allaha mülaki olmağı (Allaha təslim olmağı, hidayəti) yalanlayanlar, hüsrandadır hidayətə ərən kəslər olmadılar.
Ələsgər Musayev:
O gün ki, onlar toplanarlar deyəsən gündüzün bir saatından artıq qalmayıblar - o gün birbirini kamilən tanıyarlar. Əlbəttə, xəsarətdə oldular o kəslər ki, Allah ilə görüşü yalan saydılar hidayət olunmadılar.
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar (onlar) hidayətə qovuşanlardan deyildirlər.
Kövsər Tağıyev:
Onları yenidən dirildib hamısını bir yerə toplayacağı gün sanki gündüz sadəcə bir-biriləri ilə tanış olacaqları bir saat qədər qalmış kimidirlər. Allaha qovuşmağı yalan sayanlar ziyana uğrayanlar doğru yolu tapa bilməyənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onları toplayacağı gün onlar sanki (bu dünyada) günün yalnız bir saatı olmuşlar kimi, bir-birləri ilə tanış olacaqlar. Allahla görüşü yalan hesab edənlər doğru yol tapmayıb zərər çəkəcəklər.
Sabirə Dünyamalıyeva:
insanlar, Allahın, onları bir yerə yığacağı gün, sanki ancaq gündüzün bir saatı qədər qalmış kimi, bir-birlərini tanıyacaqlar. Allaha qovuşmağı yalan hesab edən kəslər, yönləndirildikləri doğru yolda getmədikləri üçün həqiqətən ziyana uğramışlar.