Əlixan Musayev:
Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”
Bünyadov-Məmmədəliyev:
Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”
Elmir Quliyev
:
Нух (Ной) воззвал к своему Господу: "Господи! Ведь сын мой — частица моей семьи. Твое обещание правдиво, и Ты — Наимудрейший из судей".
Ələddin Sultanov:
Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
Kerbelayi Malik ağa:
Nuh (ə.s) Rəbbinə səsləndi. Sonra (belə) dedi: ‘Rəbbim! Şübhəsiz ki, oğlum mənim ailəmdəndir. Şübhəsiz ki, Sənin vədin haqdır və Sən hökm verənlərin ən yaxşı hökm verənisən.’
Ələsgər Musayev:
Nuh nida etdi Rəbbinə və dedi: «Rəbbim,
həqiqətən, oğlum mənim əhlimdəndir və həqiqətən, Sənin
vədən haqdır və Sən hakimlərin Hakimisən!
A.Mehdiyev və D.Cəfərli:
Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)
Kövsər Tağıyev:
Nuh Rəbbinə səslənib belə dedi: “Rəbbim! Şübhəsiz, oğlum da ailəmdəndir. Sənin vədin, əlbəttə, haqdır. Sən hökm edənlərin ən yaxşı hökm edənisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuh Rəbbini çağıraraq dedi: "Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin vədin isə haqdır. Sən hakimlər hakimisən!"
Sabirə Dünyamalıyeva:
Və Nuh Rəbbinə səslənib dedi ki: "Ey Rəbbim! Oğlum mənim əhlimdən idi. Sənin vədin də şübhəsiz ki, haqdır. Və Sən, hakimlərin ən hakimisən."