Əlixan Musayev:
Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.
Bünyadov-Məmmədəliyev:
Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.
Elmir Quliyev
:
Сколько селений, которые были несправедливы, Мы погубили, и теперь они разрушены до основания. Сколько заброшенных колодцев и воздвигнутых дворцов!
Ələddin Sultanov:
(Xalqı) zülm edərkən məhv etdiyimiz neçə-neçə məmləkət vardır ki, indi oranın divarları, çökən tavanlarının üstünə aşmışdır. Neçə-neçə xaraba qalmış su quyuları və (içində heç kimin yaşamadığı) yüksək saraylar da vardır.
Kerbelayi Malik ağa:
Beləcə (xalqı) zalım olan neçə-neçə ölkələr kimi onu da həlak etdik. Artıq o (ölkə), evlərinin tavanı uçmuş, quyuları və yüksək sarayları tərk edilmiş bir haldadır.
Ələsgər Musayev:
Nə qədər
kəndlərdən həlak etdik Biz və onlar zalim idilər! Budur onlar
dağıldılar öz bünövrələrindən. Nə qədər su quyuları istifadəsiz
boş qaldı və qəsrlər sahibsiz!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!
Kövsər Tağıyev:
Əhalisi zülm etməklə məşğul ikən həlak etdiyimiz, beləliklə, divarları çökmüş tavanların üzərinə yıxılmış neçə-neçə məmləkətlər, neçə-neçə istifadəsiz qalmış quyular və neçə-neçə möhtəşəm saraylar var.
M.Qənioğlu və T.Bilaloğlu:
Neçə-neçə məmləkət vardı ki o məmləkət xalqı haqsızlıq etməkdə ikən biz onları məhv etdik. Onlann divarları (çökmüş) tavanları üzərinə yıxılmışdır. (Oralarda) neçə-neçə yiyəsiz quyu, (issız qalmış) ucaldılmış qəsr vardır.
Sabirə Dünyamalıyeva:
Sonra neçə-neçə şəhərlər də var idi ki, şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyərkən Biz onları dəyişikliyə/məhvə məruz qoyduq. Artıq tavanları çökmüş, divarları üstünə uçub tökülmüşdür; neçə-neçə tərk edilmiş quyular və bomboş qalmış, əhənglə/betonla möhkəmləndirilmiş saraylar!