Nur Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Аллах сотворил все живые существа из воды. Среди них есть такие, которые ползают на брюхе, такие, которые ходят на двух ногах, и такие, которые ходят на четырех. Аллах творит то, что пожелает. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Allah hər bir canlını sudan yaratdı. Onlardan eləsi var ki, qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üstündə gəzir, eləsi var ki, dörd ayaq üstündə gəzir. Allah dilədiyini yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Allah bütün heyvanları sudan yaratdı. Onların bir qismi qarnı üzərində sürünür, bir qismi iki ayağı üzərində, bir qismi dörd ayağı üzərində yeriyər. Allah dilədiyi şeyi yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Allah külli canlıları sudan xəlq etdi. Onlardan eləsi var ki, bətnləri üzərində gedirlər. onlardan eləsi var ki, iki ayağı üzərində gedirlər. onlardan eləsi var ki, dörd ayağı üzərində gedirlər. Allah istəsə, xəlq edər. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan quşlar kimiləri) iki ayağı üstə yeriyir bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Allah bütün canlıları sudan yaratdı. Bunlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstə yeriyir, bəzisi dörd ayaq üstə yeriyir. Allah istədiyini yaradar. Çünki Allah hər şeyə haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah hər bir canlını sudan xəlq etmişdir. Onlardan eləsi var ki, qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üzərində gəzir, eləsi var ki, dörd ayaq üzərində gəzir. Allah istədiyini xəlq edir. Həqiqətən Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Allah hər canlını sudan əmələ gətirdi. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gedir, bəzisi dörd ayaq üstündə gəzir. Allah istədiyini əmələ gətirər. Heç şübhəsiz ki, Allah, hər şeyə ən yaxşı qadir olandır.