Furqan Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O, istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik.
Bünyadov-Məmmədəliyev:
Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).
Elmir Quliyev :
Разве ты не видишь, как твой Господь простирает тень? Если бы Он захотел, то сделал бы ее неподвижной. Затем Мы делаем солнце ее путеводителем
Ələddin Sultanov:
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik. (Burada yerin günəş ətrafındakı hərəkəti səbəbilə kölgənin uzanıb qısaldığına işarə edilir.)
Kerbelayi Malik ağa:
Görmədinmi Rəbbin kölgəni necə uzatdı? Əgər diləsəydi əlbəttə onu sabit edərdi. Sonra da Günəşi kölgəyə dəlil (yol göstərən) etdi.
Ələsgər Musayev:
Ə, məgər görmürsənmi Rəbbin necə kölgəni uzatdı? Əgər istəsəydi edərdi onu sakin halda. Sonra Biz etdik şəmsi onun üzərində dəlil.
A.Mehdiyev və D.Cəfərli:
Məgər Rəbbinin (səhərlər axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına ya hərəkətinə) dəlil etmişik.
Kövsər Tağıyev:
Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? İstəsəydi, onu sabit edərdi. Sonra biz günəşi kölgəyə bir dəlil etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən öz Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O, istəsəydi, onu donub qalmış halda saxlardı. Sonra, Biz günəşi onun üçün [kölgənin əmələ gəlməsi vəziyyəti üçün] göstərici etdik.
Sabirə Dünyamalıyeva:
Görmürsənmi ki, Rabbinin o kölgəni necə uzadır? İstəsəydi, əlbəttə onu hərəkətsiz saxlayardı.