Yusif Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(O, zindana gəlib dedi:) “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül bir o qədər quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”.
Bünyadov-Məmmədəliyev:
(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi quru sünbül. (Bir bunun mənasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!”
Elmir Quliyev :
Он сказал: Йусуф (Иосиф)! О правдивый муж! Поведай нам о семи тучных коровах, которых пожирают семь тощих, а также о семи зеленых колосьях и семи высохших, чтобы я вернулся к людям. Быть может, они уразумеют".
Ələddin Sultanov:
(O, Yusifin yanına gəlib dedi:) “Yusif! Ey doğru danışan, bizim üçün (yuxuda görülən) yeddi arıq inəyin yediyi yeddi kök inəklə yeddi yaşıl sünbül yeddi quru sünbülü yoz! Ola bilsin ki, adamların yanına (doğru bir yozumla) qayıdaram bəlkə, onlar da (həqiqəti) bilərlər”.
Kerbelayi Malik ağa:
Yusif, ey siddiq (doğru danışan)! Yeddi kök inək, onları yeyən yeddi arıq inək yeddi yaşıl sünbül qurumuş olan digərləri haqqında bizə açıqlama ver. Bəlkə, mən o adamların yanına qayıdaram. Beləcə onlar (səni yuxunun mənasını) bilərlər.
Ələsgər Musayev:
«Yusif! Ay siddiq! Yeddi arıq inəyin yeddi kök inəyi yeməsi yeddi yaşıl sünbülü yeddi quru sünbülün əhatə etməsinin həlli nədir? Ola ki, insanların yanına qayıdım. Ola ki, onlar bilsinlər!»
A.Mehdiyev və D.Cəfərli:
(O, zindana gələrək dedi:) «Yusuf! Ey düz doğruçu insan! Bizə yeddi arıq inəyin yediyi yeddi kök inək yeddi yaşıl sünbül digər quru sünbüllər barəsində fikrini bildir. Bəlkə camaatın yanına qayıtdım, bəlkə (bu təəccüblü yuxunun yozumunu) onlar da bilsinlər.»
Kövsər Tağıyev:
(Zindana Yusufun yanına gəlib dedi:) “Yusuf ! Ey doğru sözlü! Yeddi arıq inəyin yeddi kök inəyi yeməsi, bir yeddi yaşıl sünbüllə digər yeddi quru sünbül yuxusunu bizim üçün yoz. Ümid edirəm ki, (verəcəyin bilgi ilə) insanların yanına qayıdaram, onlar da (sənin dəyərini) bilərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yusuf, ey həqiqəti söyləyən! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, yeddi yaşıl sünbülün başqa quru sünbülləri (niyə basdığını) bizə ki, mən adamların yanına qayıdım, onlar da bəlkə bilələr!
Sabirə Dünyamalıyeva:
Yusif! Ey doğru sözlü! Məlumat alaraq insanların yanına qayıdım onlar da öyrənsinlər deyə, 'Yeddi kök inəyi yeddi cılız inəyin yeməsi yeddi yaşıl sünbüllə yeddi quru sünbül' haqqında bizə inandırıcı məlumat ver.