Nur Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz açıq-aydın ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz (hökmlərimizi, halal haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər.
Elmir Quliyev :
Мы уже ниспослали ясные знамения, и Аллах наставляет на прямой путь, кого пожелает.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz (bilmədiklərinizi) bəyan edən ayələr nazil etdik. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
And olsun ki, biz aydınlıq gətirən ayələr endirdik. Allah dilədiyini Sirati Müstəqimə hidayət edər.
Ələsgər Musayev:
Əlbəttə, Biz nazil etdik aydın ayətlər Allah hidayət edər kimi istəsə tərəfinə yolun düzünün.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola (mənəvi kamilliklərə) tərəf yönəldir.
Kövsər Tağıyev:
And olsun, biz açıqlayıcı ayələr nazil etdik. Allah istədiyi kimsəni doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz aydınladıcı ayələr nazil etdik. Allah istədiyi kəsi doğru yola apanr.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, aydınlıq gətirən ayələr nazil etdik. Allah, diləyən kimsəni doğru yola yönəldər.