Əlixan Musayev:
Biz (Musanı) çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar.
Bünyadov-Məmmədəliyev:
Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı (Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!
Elmir Quliyev
:
Тебя не было на склоне горы, когда Мы воззвали, но это было милостью твоего Господа, чтобы ты предостерег народ, к которому до тебя не приходил предостерегающий увещеватель. Быть может, они помянут назидание.
Ələddin Sultanov:
Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar.
Kerbelayi Malik ağa:
Biz (Hz. Musaya) nida etdiyimiz zaman sən Tur Dağının yanında deyildin. Lakin Rəbbindən bir rəhmət olaraq səndən əvvəl özlərinə bir nəzir (xəbərdarlıq edən, peyğəmbər) gəlməmiş olan bir qövmü xəbərdar etməyin üçündür. Ümid edilir ki, beləcə onlar təzəkkür edərlər.
Ələsgər Musayev:
S?n olmad?n dag?n t?r?find?, onda ki, Biz nida etdik. Lakin s?nin R?bbind?n r?hm?tdir ki, n?z?rl?rin? catd?rasan o qoumun ki, onlara s?nd?n qabaq n?z?r? catd?ran g?lm?yib, ola ki, onlar yad ed?l?r.
A.Mehdiyev və D.Cəfərli:
Biz (Musanı «Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd-nəsihət alsınlar.
Kövsər Tağıyev:
Biz (Musaya) səsləndiyimiz zaman sən Turun yan tərəfində də deyildin. Lakin Rəbbindən bir rəhmət olaraq səndən əvvəl heç bir xəbərdar edən gəlməyən bir qövmü xəbərdar etmən üçün (o xəbərləri) sənə bildiririk ki, bəlkə onlar düşünüb öyüd götürələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz çağıranda sən Tur dağı tərəfində deyildin. Lakin səndən əvvəl özlərinə bir öyüd-nəsihətçi gəlməmiş adamlara öyüd-nəsihət vermək üçün sən öz Rəbbindən bir mərhəmət olaraq (göndərildin) ki, bəlkə onlar düşünüb daşınalar.
Sabirə Dünyamalıyeva:
Və Biz xitab edərkən, Tur dağının yanında da deyildin. Əksinə, səndən əvvəl xəbərdarlıq edən birini/bir peyğəmbər göndərmədiyimiz bir tayfaya xəbərdarlıq edəsən deyə öyüd-nəsihət alsınlar deyə, Rəbbindən bir rəhmət olaraq... orada olanları sənə bildirdik, səni peyğəmbər olaraq göndərdik.