Zariyat Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Daha əvvəl Nuh qövmünü (məhv etdik.) Çünki onlar fasiq adamlar idilər.
Bünyadov-Məmmədəliyev:
Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.
Elmir Quliyev :
Мы уничтожили народ Нуха (Ноя) еще раньше, ибо они были людьми нечестивыми.
Ələddin Sultanov:
Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar fasiq bir qövm idilər.
Kerbelayi Malik ağa:
Ondan əvvəl Nuh qövmünü (məhv etmişdik). Şübhəsiz ki, onlar fasiq bir qövm idi.
Ələsgər Musayev:
Nuh qoumunu qabaqcadan… Həqiqətən, onlar fasiq qoum oldular.
A.Mehdiyev və D.Cəfərli:
Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq itaətsiz bir dəstə idilər.
Kövsər Tağıyev:
Bunlardan əvvəl Nuh qövmünü həlak etmişdik. Çünki onlar fasiq bir qövm idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlardan əvvəl Nuh camaatını (məhv etmişdik). Doğrudan da onlar (haqdan) dönmüş adamlar idilər.
Sabirə Dünyamalıyeva:
Daha əvvəl Nuh qövmünü dəyişikliyə/məhvə məruz qoymuşduq. Şübhəsiz ki, onlar, haqq yoldan çıxanlar qövmü idilər.