Ənam Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Bir deyin görək, əgər Allah sizin eşitmə görmə qabiliyyətinizi əli-nizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.
Elmir Quliyev :
Скажи: "Как вы думаете, если Аллах отнимет ваш слух и ваше зрение и запечатает ваши сердца, какое божество, кроме Аллаха, вернет вам все это?" Посмотри, как Мы разъясняем знамения, однако они все еще отворачиваются.
Ələddin Sultanov:
De: “Deyin görüm, əgər Allah eşitmə görmə qabiliyyətinizi (əlinizdən) alsa qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?” Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər.
Kerbelayi Malik ağa:
(Ya Məhəmməd müşriklərə) de ki: ‘Gördünüzmü? (acizliyinizi anladınızmı?) Əgər Allah sizin eşitməyinizi, görməyinizi alsa sizin qəlbinizi möhürləsə, Allahdan başqa hansı ilah onları sizə (geri) gətirər?’ Bax, ayələrimizi necə açıqlayırıq! Sonra onlar üz çevirirlər.
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü əgər, Allah qulqlarınızı kar gözlərinizi kor edib qəlblərinizə xətm vurub,, kimdir ilahi Allahdan qeyri, gələ sizə onun ilə?» Nəzər sal necə sərf edirik ayətləri, sonra onlar üz döndərirlər.
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq gözlərinizi(n gücünü) alsa qəlblərinizə (anlamazlıq bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
Kövsər Tağıyev:
De ki: “Deyin görüm, əgər Allah sizin qulaqlarınızı gözlərinizi (əlinizdən) alarsa, qəlblərinizi möhürlərsə, Allahdan başqa onu sizə (geri) gətirəcək ilah kimdir?” Bax, biz ayələri necə müxtəlif yollarla açıqlayırıq, sonra onlar necə üz döndərirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allah sizin eşitmə görmənizi əlinizdən alarsa, ürəklərinizə möhür vurarsa, deyin görüm, bunları Allahdan başqa sizə hansı tanrı qaytara bilər?" Bir bax gör, dəlilləri necə bir-birinin ardınca gətiririk, sonra onlar yenə üz döndərirlər.
Sabirə Dünyamalıyeva:
De ki: "Heç fikirləşmisinizmi, əgər Allah sizin eşitmə görmə qabiliyyətinizi alsa ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı məbud gətirə bilər?" Bax gör, Biz ayələri necə izah edirik. Sonra da onlar üz çevirirlər qadağan edirlər!