Əraf Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər iki tərəfin arasında pərdə səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Onların ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) Əraf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları günahları, xeyir şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (əraf əhli) çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış (lakin Ərafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir.
Elmir Quliyev :
Между ними будет изгородь, а на оградах будут люди, которые распознают каждого из них по их признакам. Они воззовут к обитателям Рая: "Мир вам!" Они пока не войдут в Рай, хотя будут желать этого.
Ələddin Sultanov:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları günahları bərabər olan kimsələr burada dayanar Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnəmə girəcəyini üzündən tanıyarlar. Təfsirçilərə görə, sonra Allah onları bağışlayacaq onlar da cənnətə daxil olacaqlar.)
Kerbelayi Malik ağa:
Onların aralarında bir pərdə Ərafın (təpələrin) üstündə onların hamısını simalarından (üzlərindən) tanıyan adamlar vardır. Hələ oraya (cənnətə) daxil olmamış amma ümid edən cənnət əhlinə: ‘Salam sizin üzərinizə olsun!’ deyə nida etdilər.
Ələsgər Musayev:
Onların ikisinin arasında hicab var. Üzərində ərafın kişilər, arifdirlər külli simaları ilə onların cənnət əshabına nida edərlər: «Salam olsun üzərinizə!» Daxil olmayıblar ona onların təmənnaları vardır.
A.Mehdiyev və D.Cəfərli:
O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.
Kövsər Tağıyev:
İkisi (cənnət cəhənnəm) arasında bir divar, Ə`raf üzərində bəzi adamlar var. Cənnət cəhənnəmliklərin hamısını üzlərindən tanıyırlar. Cənnətliklərə: “Salam olsun sizə!” deyə səslənərlər. Onlar hələ cənnətə girməmişlər, amma buna ümid edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların [cənnətdəkilər cəhənnəmdəkilər] arasında bir pərdə vardır. Ə'rafın [təpələrin] üzərində isə onların hər birini simasından tanıyan adamlar vardır. Onlar cənnət sakinlərini: "Salam olsun sizə!" - deyə səslərlər. Onlar hələ oraya [cənnətə] daxil olmamışlar, lakin bunun ümidindədirlər.
Sabirə Dünyamalıyeva:
- Aralarında da bir pərdə var. Quranın bölmələri haqqında məlumatı olan kəslər, onların hamısını nişanələrindən tanıyar. Quranın biliyinə malik olan kəslər, cənnəti istəyib hələ daxil ola bilməmiş kəslərə səslənəcəklər: "Salam olsun sizə!"