Əlixan Musayev:
Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlarla (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!” - deyildi.
Elmir Quliyev
:
Если бы они желали выступить в поход, то приготовились бы к этому. Однако Аллах не пожелал, чтобы они отправились в поход, и задержал их. Им было сказано: "Отсиживайтесь вместе с теми, кто остался отсиживаться".
Ələddin Sultanov:
Əgər onlar (cihada) çıxmaq istəsəydilər, əlbəttə, ona hazırlıq görərdilər. Lakin Allah onların çıxmalarını istəmədi. Buna görə də onlara mane oldu. (Onlara:) “(Evlərində) oturanlarla birlikdə oturun!” - deyildi.
Kerbelayi Malik ağa:
Əgər çıxmaq istəsəydilər, onun (döyüş) üçün əlbəttə bir hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi. Beləcə onları saxladı və onlara: ‘Geri qalanlarla (evdə oturanlarla) birlikdə oturun.’ deyildi.
Ələsgər Musayev:
Əgər onlar çıxmaq istəsəydilər, onun
üçün hazırlıq edərdilər. Lakin kərahətləndi Allah onların
davranışına və onları saxladı və deyildi: «Oturanlarla oturun!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
Kövsər Tağıyev:
Əgər onlar savaşa çıxmaq istəsəydilər, əlbəttə, bunun üçün bir hazırlıq görərdilər. Lakin Allah onların hərəkətə keçmələrini istəmədi, onları geri saxladı və onlara: “Oturun, oturan acizlərlə birlikdə”, – deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, onun üçün hazırlıq görərdilər. Lakin Allah onların yola çıxmasını istəmədi və onları saxladı; onlara deyildi: "Evdə qalanlarla [qadın, uşaq, xəstələrlə] qalın!"
Sabirə Dünyamalıyeva:
Və əgər çıxmaq istəsəydilər, mütləq çıxış üçün müəyyən hazırlıq görərdilər. Lakin Allah, onların göndərilməyini xoşlamadı və [buna görə] onları yoldan saxladı. -Və "Oturun oturanlarla birlikdə!" deyildi.-