Yunus Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər onlara zülm edilməz.
Bünyadov-Məmmədəliyev:
Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar onlara zülm edilməz!
Elmir Quliyev :
У каждой общины есть посланник. Когда же приходил посланник, между ними все решалось по справедливости, и с ними не поступали несправедливо.
Ələddin Sultanov:
Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar onlara heç bir haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
Bütün ümmətlərin rəsulu vardır. Onlara rəsulları gəldiyi zaman onların aralarında ədalətlə hökm olundu. Onlara zülm edilməz.
Ələsgər Musayev:
Külli ümmət üçün rəsul var. Onda ki, gəldi onların rəsulları, aralarında insafla hökm olunar onlara zülm olunmaz!
A.Mehdiyev və D.Cəfərli:
Hər bir ümmət üçün (tarix boyu, Allahın əzəli elmində Lövhi-Məhfuzda) bir peyğəmbər vardır. Beləliklə, peyğəmbərləri gəldikdə onların aralarında ədalətlə (dünyada məntiq dəlil-sübutla, axirətdə isə mükafat cəza ilə) hökm olunar onlara zülm olunmaz.
Kövsər Tağıyev:
Hər ümmətin bir peyğəmbəri var. Onların peyğəmbəri gəldiyi (təbliğini yerinə yetirdiyi) zaman aralarında ədalətlə hökm verilər onlara qətiyyən zülm edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər bir ümmətin bir peyğəmbəri vardır. Onların peyğəmbəri gəldikdə, onlar arasında ədalətlə hökm verilər onlara zülm edilməz.
Sabirə Dünyamalıyeva:
başçısı olan hər tayfa üçün elçi olacaq. O elçiləri gəldiyi zaman, aralarında haqqaniyet bərqərar olar. onlara haqsızlıq edilməz.