Taha Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!
Bünyadov-Məmmədəliyev:
Onun yanına gedib deyin: “Biz ikimiz sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (möcüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!
Elmir Quliyev :
Ступайте к нему вдвоем и скажите: "Мы посланники твоего Господа. Отпусти с нами сынов Исраила (Израиля) и не причиняй им мучения. Мы явились к тебе со знамением от нашего Господа. Мир тому, кто последовал верному руководству!
Ələddin Sultanov:
Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə İsrail oğullarını bizimlə göndər onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!
Kerbelayi Malik ağa:
O halda ikiniz onun yanına gedin ona belə söyləyin: ‘Şübhəsiz ki, biz sənin Rəbbinin iki rəsuluyuq. İsrail oğullarını artıq bizimlə bərabər göndər onlara əzab etmə! Sənə Rəbbindən möcüzə gətirdik. Hidayətə tabe olanlara salam olsun.’
Ələsgər Musayev:
Gedin ona tərəf deyin: “Həqiqətən, biz sənin Rəbbinin rəsullarıyıq. Göndər Israil oğullarını bizimlə əzab vermə onlara. Əlbəttə, biz sənin Rəbbin tərəfindən ayətlə gəlmişik Onun salam üzərinədir o kəsin ki, hidayətə tabe olur!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə onun yanına gedin deyin: Həqiqətən biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər onlara işkəncə vermə. Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!
Kövsər Tağıyev:
Onun yanına gedin belə deyin: “Şübhəsiz, biz Rəbbinin elçiləriyik. İsrail oğullarını (azad et və) bizimlə göndər. Onlara işgəncə vermə. Sənə Rəbbinin qatından bir möcüzə gətirmişik. Salam olsun hidayət yolunu tutanlara”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun yanına gedərək deyin: “Biz sənin Rəbbinin peyğəmbərləriyik. İsrail övladlarını bizimlə göndər, onlara əziyyət vermə! Biz sənin Rəbbindən bir dəlillə gəlmişik. Düz yolla gedənlərə salam olsun!
Sabirə Dünyamalıyeva:
Dərhal ona gedin ona: 'Şübhəsiz ki, biz Rəbbinin iki elçisiyik. Artıq İsrail oğullarını bizimlə göndər onlara əzab etmə; həqiqətən biz sənə Rəbbindən bir nişanə/işarə ilə gəldik. Bələdçiyə uyanlara salam olsun.