Əlixan Musayev:
Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, (səni peyğəmbər )(göndərməzdik).
Bünyadov-Məmmədəliyev:
Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət üz verincə: “Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinə uyub möminlərdən olaydıq!” – deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik).
Elmir Quliyev
:
А если бы этого не произошло и если бы их постигло несчастье за то, что приготовили их руки, то они бы сказали: "Господь наш! Почему Ты не отправил к нам посланника, чтобы мы последовали за Твоими знамениями и стали одними из верующих?"
Ələddin Sultanov:
Etdikləri əməllərə görə başlarına bir müsibət gəldikdə: “Ey Rəbbimiz! Bizə bir peyğəmbər göndərsəydin, biz də Sənin ayələrinə tabe olub iman gətirənlərdən olardıq”, – deyəsi olmasaydılar, (səni onlara peyğəmbər göndərməzdik).
Kerbelayi Malik ağa:
Əgər əlləriylə təqdim etdikləri (qazandıqları günahlar) səbəbiylə onlara bir müsibət üz versə: ‘Rəbbimiz, kaş ki bizə bir rəsul göndərsəydin beləcə biz, Sənin ayələrinə tabe olar və möminlərdən olardıq.’ deyəcək olmasaydılar (səni nəbi-rəsul olaraq göndərməzdik).
Ələsgər Musayev:
?g?r onc?d?n ?ll?rinin haz?rlad?g?na gor? onlara bir musib?t yetiss?ydi, onda dey?rdil?r: «R?bbimiz! M?g?r gond?rm?li deyildinmi biz? r?sul v? tabe olard?q ay?tl?rin? S?nin v? olard?q inananlardan!»
A.Mehdiyev və D.Cəfərli:
Və əks təqdirdə özlərinin qabaqcadan göndərdiklərinin (dünyada etdikləri əməllərin) müqabilində onlara bir müsibət və əzab (cəza) yetişsəydi (dəlil-sübut gətirər və) deyərdilər: «Ey Rəbbimiz, nə üçün bizə bir rəsul göndərmədin ki, Sənin ayələrinə tabe olub, möminlərdən olaydıq» (Biz onları peyğəmbər göndərmədən küfr və günahlarının cəzasına düçar edərdik. Biz daim əqli dəlilləri nəqli dəllillərlə təsdiq edirik).
Kövsər Tağıyev:
Öz əməlləri ucbatından başlarına bir müsibət gəldikdə: “Ey Rəbbimiz! Gərək bizə bir peyğəmbər göndərəydin ki, sənin ayələrinə tabe olaydıq və möminlərdən olaydıq”, – deyəcək olmasaydılar, səni peyğəmbər olaraq göndərməzdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Əməllərinə görə onlara bir müsibət üz verən zaman onlar “Rəbbimiz, barı Sən bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinin ardınca gedib iman gətirənlərdən olaydıq!” - deyəcək olmasaydılar (səni göndərməzdik).
Sabirə Dünyamalıyeva:
və öz əlləri ilə işlədikləri əməllərdən öz başlarına bir fəlakət gəldiyində dərhal, "Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə uyardıq və möminlərdən olardıq" deyə bilməsinlər,