Əlixan Musayev:
Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım etməliyik!)
Elmir Quliyev
:
Мы уже отправляли до тебя посланников к их народам, и они приносили им ясные знамения. Мы отомстили грешникам, и Нашим долгом было помогать верующим.
Ələddin Sultanov:
Şübhəsiz ki, səndən əvvəl də peyğəmbərləri öz qövmlərinə göndərdik. Peyğəmbərlər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəl onların qövmünə rəsullar göndərdik. Beləcə onlara bəyyinələr (dəlillər) gətirdilər. Bunun üzərinə günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim üzərimizə haqq oldu.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik Biz rəsulları
səndən qabaq öz qoumuna tərəf və gəldilər onlar bəyanatlarla.
Və Biz intiqam aldıq o kəslərdən ki, cərimə olunmuşlar idilər
və haqq oldu Bizim üzərimizdə inananlara yardım!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir.
Kövsər Tağıyev:
And olsun biz səndən əvvəl neçə-neçə peyğəmbərləri öz qövmlərinə göndərdik. Peyğəmbərlər onlara açıq-aşkar möcüzələr gətirdilər. Biz də günah işləyənlərdən intiqam aldıq. Möminlərə yardım etmək isə üzərimizdə bir haqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlann camaatına səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Peyğəmbərlər onlara aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək üzərimizdə bir haqq olmuşdur.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz səndən əvvəl müəyyən elçiləri öz qövmlərinə göndərdik və onlar onlara açıq-aşkar dəlillər gətirdilər. Sonra Biz, günah işləyən kəsləri tutub cəzalandıraraq ədaləti təmin etdik. Möminlərə yardım etmək də Bizim öhdəmizdə bir haqq idi.