Əlixan Musayev:
De: “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir”.
Bünyadov-Məmmədəliyev:
De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”
Elmir Quliyev
:
Скажи: "То вознаграждение, которое я прошу от вас, предназначено вам самим, а меня вознаградит только Аллах. Он — Свидетель всякой вещи".
Ələddin Sultanov:
De: “Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun. Mənim mükafatım yalnız Allaha aiddir. O, hər şeyə şahiddir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sizdən bir ücrət istəmədim. Elə isə o (ücrət) sizin olsun. Mənim ücrətim yalnız Allaha aiddir. O, hər şeyə şahiddir.’
Ələsgər Musayev:
De: «Mən sizdən əcr istəmirəm, o sizin özünüz
üçündür. Mənim əcrim ancaq üzərinədir Allahın və O üzərində
külli şeyin Şahiddir!»
A.Mehdiyev və D.Cəfərli:
De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».
Kövsər Tağıyev:
De ki: “Sizdən hər hansı bir muzd istəmişəmsə, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə haqqı ilə şahiddir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən sizdən heç bir haqq istəmirəm, o, qoy sizin özünüzün olsun. Mənə haqq verilməsi ancaq Allaha aiddir. O, hər şeyə şahiddir.
Sabirə Dünyamalıyeva:
De ki: "Mənim sizdən istədiyim muzd, bax o, sizin üçündür; sizin Allaha yaxınlaşmağınızdır. Mənim muzdum ancaq Allaha aiddir. Və O, hər şeyə şahiddir."