Əlixan Musayev:
Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
Bünyadov-Məmmədəliyev:
Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.
Elmir Quliyev
:
Когда им говорят: "Расходуйте из того, чем вас наделил Аллах", — неверующие говорят верующим: "Неужели мы будем кормить того, кого накормил бы Аллах, если бы пожелал? Воистину, вы лишь находитесь в очевидном заблуждении".
Ələddin Sultanov:
Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, - dedilər.
Kerbelayi Malik ağa:
Onlara ‘Allahın sizə ruzi verdiyi şeylərdən infaq edin.’ deyildiyi zaman kafirlər amənu olanlara: ‘Allahın istədiyi təqdirdə Özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aşkar bir dəlalət içindəsiniz.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, onlara deyirlər: «Infaq edin nədən ki, ruziləndirib sizi Allah!» - o kəslər ki, kafirdirlər, dedi o kəslər üçün ki, inanırlar: «Ə, biz təam verəcəyik kimə ki, Allah istəsəydi təam verərdi ona? Siz ancaq aşkar zəlalətdəsiz».
A.Mehdiyev və D.Cəfərli:
Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!»- deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?.» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq - aşkar azğınlıq içindəsiniz».
Kövsər Tağıyev:
Onlara Rəblərinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyac olanlara) sərf edin!” - deyildikdə kafirlər iman gətirənlərə deyərlər: "Allahın istəsə yedirə biləcəyi kəsi bizmi yedirəcəyik? Siz yalnız aşkar bir yanılma içərisindəsiniz."
Sabirə Dünyamalıyeva:
Onlara: "Allahın sizə ruzi olaraq verdiyi şeylərdən xərcləyin; başqalarının da ehtiyacını təmin edin" deyildiyi zaman da kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş o kəslər], bu iman etmiş kəslər üçün: "Allahın istədiyi zaman yedirə biləcəyi kəsləri bizmi yedirəcəyik? Siz, ancaq açıq-aşkar bir azğınlıq içindəsiniz" dedilər.