Zümər Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri (bir əzab) düçar olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər kafirlərin olmuş olsaydı, mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir.
Elmir Quliyev :
Если бы у тех, которые поступали несправедливо, было все, что на земле, и еще столько же, то они непременно попытались бы откупиться этим от ужасных мучений в День воскресения. Но откроется им от Аллаха то, о чем они даже не предполагали.
Ələddin Sultanov:
Yer üzündə varsa, hamısı onunla birlikdə bir o qədəri zülm edənlərin olsaydı, qiyamət günü o pis əzabdan xilas olmaq üçün mütləq onu fidyə verərdilər. Halbuki (o gün) Allah tərəfindən onların qarşısına hesab etmədikləri şeylər çıxarılacaqdır.
Kerbelayi Malik ağa:
Əgər yer üzündə olanların hamısı üstəlik bir o qədəri zalımların olsaydı, qiyamət günü pis əzabdan xilas olmaq üçün onları mütləq fidyə olaraq verərdilər. Hesab etmədikləri şeylər Allah tərəfindən ortaya çıxarılacaq.
Ələsgər Musayev:
Əgər olsaydı o kəslər üçün ki, zalimdirlər, ki, ərzdədir cəmiyyən onun misli, onunla birlikdə, fidyə edərdilər onunla qiyamət gününün pis əzabından. Aşkar oldu onlar üçün Allahdan ki, olmadılar hesablayanlar.
A.Mehdiyev və D.Cəfərli:
Əgər yer üzündə olanlar onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
Kövsər Tağıyev:
Əgər yer üzündə olanların hamısı onunla bərabər bir o qədəri zülm edənlərin olsaydı, qiyamət günü şiddətli əzabdan qurtulmaq üçün, əlbəttə, onları verərdilər. Artıq heç gözləmədikləri şeylər Allah tərəfindən qarşılarına çıxmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bütün yer üzündə olanlar əlavə olaraq bir o qədər haqsızlıq edənlərə məxsus olsaydı, onlar qiyamət günü ağır əzabdan canlarını qurtarmaq üçün hamısını verərdilər. Allah tərəfindən onlann qarşısına heç hesaba almadıqları şeylər çıxmışdır.
Sabirə Dünyamalıyeva:
əgər bütün yer üzündəkilər onlarla birgə bir o qədəri şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin olsaydı, qiyamət gününün pis əzabından xilas olmaq üçün onu həqiqətən fidyə verərdilər. onların heç hesaba almadıqları şeylər, Allah tərəfindən onlar üçün meydana çıxarılır.