Əlixan Musayev:
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
Bünyadov-Məmmədəliyev:
Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
Elmir Quliyev
:
Мы воздвигли небо благодаря могуществу, и Мы его расширяем (или даруем пропитание; или обладаем мощью).
Ələddin Sultanov:
Biz göyü əllərimizlə (qüdrətimizlə) yaratdıq və onu genişləndiririk. (Bəzi müasir təfsirçilər bu ayədəki “Biz onu genişləndiririk” ifadəsinin kainatdakı planetlərin və qalaktikaların getdikcə bir-birindən uzaqlaşmasına işarə etdiyini bildirmişlər.)
Kerbelayi Malik ağa:
Biz səmanı böyük bir qüdrət ilə yaratdıq. Şübhəsiz ki, (onu) genişləndirən də əlbəttə Bizik.
Ələsgər Musayev:
Biz səmanı bina
etdik əllərimizlə və həqiqətən, Biz genişləndirənik.
A.Mehdiyev və D.Cəfərli:
Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
Kövsər Tağıyev:
Göyü qüdrətimizlə biz qurduq və şübhəsiz, bizim (hər şeyə) gücümüz çatar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səmanı qüdrətimizlə qurduq, Biz onu genişləndiririk.
Sabirə Dünyamalıyeva:
Və səma; Biz onu qüdrətlə/möhkəm bina etdik. Heç şübhəsiz ki, Biz, genişlədənlərik.